Böhran fürsətdir, yoxsa?

0
154

Bu günlərdə facebookda bir status paylaşdım. Əslində fikirlərimi paylaşmazdan əvvəl bilirdim ki, fikirlərimi dəstəkləyənlərdən  də çox daha geniş mövzu kimi dostlar, tanışlar tərəfindən müzakirə olunacaq. Elə də oldu.

Status: Bir çox dostlar deyirki bu böhran bitməyəcək. Yaxşı olsun siz deyən. Unutmayaq ki, Amerika İqtisadiyyatı məhz depressiya illərindən sonra dirçəldi. Bu böhrandan çıxan şirkətlər bu gün dünyanın ən qlobal şirkətləridir. Əminəm ki, bu böhrandan da düzgün düşünən və doğru qərar verən hər kəs və hər şirkət karlı çıxacaq. Optimist olun cənablar».

Statusu sadəlövhlüklə, Amerika iqtisadiyyatı ilə müqayisə kimi və yaxud da Azərbaycanda marketinqin olmaması ilə əlaqələndirən dostlarımız oldu. Əminəm ki, buna haqlı olaraqdan səbəbləri vardır. Yaxın dostlarım bilirlər ki, mən maksimum dərəcədə optimist biriyəm. Məhz bu optimist xarakterim sayəsində marketinq sahəsində verdiyim qərarlar hər zaman öz meyvəsini vermişdir. Keçək statusumun anlaşılmayan tərəfinə. Statusda nəzərdə fürsət məhz bizneslərə aiddir. Ümumi olaraq ölkə iqtisadiyyatında vəziyyət yaxşı deyil, hətta iflic olub deyə bilərəm. Ancaq məsələyə başqa tərəfdən baxmaq lazımdır. İndi böhran var deyə və ölkəmizdə iqtisadi vəziyyət gərgindir deyə və ölkəmizdəki marketinqin vəziyyəti kitablarda yazılan nağıllara bənzəmir deyə, ayağımızı uzadaq və bizneslərin əcəlini gözləyək? Mənə görə əslində məhz belə düşünənlər çox sadəlövhlük edirlər. Böhran hər zaman özü ilə bərabər yeni fürsətləri də gətirmişdir. Heç uzağa getmirəm. 90-cı illər böhranını qısa olaraq xatırladım. Dünyanın ən nəhəng imperiyası Sovet Rusiyası dağıldı və normal olaraq ondan ayrılan ölkələrdə iqtisadi vəziyyət demək olar ki, bir anın içərisində tamamilə çökdü. Nə Sovet rublu işləyirdi, nə də müstəqil ölkələrin öz əskinasları var idi. Aclıq və səfalət son həddə çatmışdı. Ancaq bu çətinliklərə baxmayaraq o dönəmlərdə ələ düşmüş fürsətlərdən karla çıxan iş adamları yetişdi. Bu gün onlar ölkəmizin ən böyük iş adamları statusundadırlar. Onların 90-cı illərdə qurduqları şirkətlərin aylıq dövriyyələri bu gün milyonları ötüb keçir. Sizcə bu şirkətlərimiz 90-cı illər iqtisadi böhranının meyvələri deyil mi? Çox yaxın ətrafımdan olan dostlar isə deyirlər ki, bəs o vaxt bu şirkətlər bazar boşluğundan yararlandılar. Yaxşı mən sizinlə razı. İndi isə mən başqa bir yol təklif edirəm. Hörmətli marketoloqlar, hörmətli biznes sahibləri. 90-cı illərin iş adamları bazar boşluğundan yararlandılarsa, siz də bu gün boşalan bazarın verdiyi fürsətlərdən yararlanın. Əminəm ki, ölkəmizdə iş adamları üçün yaranmış bu fürsət bazar stabil dövrünə qədəm qoyandan sonra  böhranı və onun yaratdığı fürsətləri dəyərləndirməyənlər hələ çox illər növbəti fürsətlərə həsrət qalacaqlar.

Amerika iqtisadiyyatı ilə müqayisə?

Statusda ölkə iqtisadiyyatımızı Amerika iqtisadiyyatı ilə müqayisə etmək kimi bir fikirim olmayıb. Ona görə ki, Amerika iqtisadiyyatı ilə Azərbaycan iqtisadiyyatı arasında olan fərqi çox yaxşı bilirəm və hətta rəqəm olaraq da yaza bilərəm. Fərq: 6700 dəfədən də çoxdur. Sizcə bu fərqi bilən biri kimi mən müqayisə edə bilərəm? Yox təbii ki. Amerikanın adını çəkməkdə fikirim əslində 10 illik depressiyaya tab gətirən və böhranı düzgün dəyərləndirən şirkətlərin bu gün qloballaşdıqlarına və milyardlarla dövriyyələrə sahibləndiklərinə və dünya əhalisinin əksəriyyətinin də məhz bu qlobal şirkətlərin brendlərinin istehlakçısı olduqlarını nəzərdə tutmuşam. Amerika iqtisadiyyatının 10 il ərzində yaşadıqları əslində biz marketoloqlar üçün ciddi keyslərdir. Araşdırın və əminəm ki, bu böhrandan çıxış yollarını tapa biləcəksiniz. Kitablarda və nəzəriyyədə yazılanların reallaşacağı günü gözləməkdənsə hərəkət edin. Hərəkət edin ki, çalışdığınız şirkətlərə faydanız dəysin. Əks halda müəssilərin bazar payı itirməsində sizin də payınız olacaq. Əgər siz hələ də Kotlerin, B.Treysinin, Kiyosakinin kitablarındakı möcüzələrə inanırsınızsa onda sizə baş sağlığı verə bilərəm. B. Treysinin adını çəkmişkən. Başa düşmək lazımdır ki, bu insanlar həqiqətən də Azərbaycan biznes reallığından çox uzaq miflərlə dolu kitablar yazırlar. B. Treysi müəllim bizim sahibkarlara və ticarətlə məşğul olanlara deyir ki, günorta saat 1-ə qədər heç bir müştərinizin telefon zənglərinə cavab verməyin. Siz əminsiniz ki, belə bir yanaşmadan sonra müştəri ikinci və ya üçüncü dəfə sizinlə əməkdaşlıq edəcək? Sanmıram. Bu sadəcə praktiki misallardan biridir, həm də ölkəmizə gələndə seminarı zamanı dediyi sözlərdir. Gerisini isə özünüz fikirləşin ki, siz Treysi kişinin dediyinə əməl etsəniz aqibətiniz necə olar?

Sizə  ipucları:

  • Özünüzü güclü olduğunuz sahələrdə sınayın. Ancaq bu yolla siz tətbiq etdiyiniz marketinq alətləri vasitəsi ilə effektivliyə nail olacaqsınız.
  • Aranızda marketinqin ölkəmizdə A-dan Z-yə tətbiq olunacağına hələ də inananlar vardırsa buna vaxt sərf etməyin. Bu cür insanlar mənə görə ağatlı şahzadənin gələcəyinə inan qızlara bənzəyirlər. P.S. Heç kəs inciməsin.
  • İstər iqtisadiyyatın stabil dönəmləri olsun, istərsə də böhranlı dönəmləri. Bildiyim və əmin olduğum odur ki, boş bazarlar hər zaman var və olacaqda. O boşluqları axtarın və əmin olun ki, tapacaqsınız.
  • Uzun illərdir bazarda mövcud olan nəhənglərin buraxmış olduqları səhvlər ucbatından yaranmış niş bazarları tapın. Bura istənilən yerli şirkətlərimiz daxildir. Yetərki onları yaxından izləyə biləsiniz.
  • Marketinqə bir fənn kimi baxmaqdan əl çəkin. Başa düşün ki, marketinq miflərlə dolu bir sahə deyil. Marketinq bir biznes alətidir. Alətinizdən doğru şəkildə istifadə edin.
  • Ən əsası isə neqativ baxışlarınızdan əl çəkin. Əmin olun ki, siz nə qədər neqativ baxışlı olsanız bir o qədər də öz işlərinizdən soyuyacaqsınız.
  • Nələrinsə düzələcəyini gözləməkdənsə özünüzə aid olan tərəfləri düzəltməyə çalışın.

Sizin marketinq bələdçiniz…

 

(164 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here