Pizza mı söylesek?…

0
110

Pizza mədəniyyətinin Türkiyə bazarına girməsinin maraqlı hekayəsinin adıdır – Pizza mı söylesek?

1989-cu ildə restoranlar bazarı yeni bir rəqiblə tanış oldu. Bu rəqib “PİZZA” məhsulları idi. Həm məhsul olaraq, həm də yemək mədəniyyəti olaraq yerli camaata və restoran bazarlarına tam yad olan məhsul. Həmin illərdə pizzanı bazarda mövqeləndirmək elə də asan olmadı. Belə ki, açılan pizza restoranlarını türk istehlakçıları onlara naməlum qalan pizzanı qəbul etmədilər və pizza biznsesinin sahibi açmış olduğu restoranları bağladaraq geri öz ölkəsinə dönür.

Bəs sonra hadisələr necə cərəyan etdi?

1991-ci ildə “Murakami-Wolf-Swenson Productions”ın çəkdiyi bir cizgi filmi ilə diqqət mərkəzinə düşür. Bir müddət sonra Türkiyədə tv kanallardan birinin yayımında izləyicilər yeni və fərqli cizgi filmi ilə tanış oldular. Bu cizgi filmi “Ninja Tısbağalar” idi. Yayıma başladığı ildən başlayaraq animasiya Türkiyədə ciddi maraq oyadaraq ən çox sevilən cizgi filmi olur. Sevilən cizgi filmi özü ilə bərabər böyük marketinq fəaliyyətini də ortaya qoyur. Oyuncaqları, dəftərləri, brelokları, uşaqlar üçün əyləncəli jurnalları ilə də yeni və fərqli bir bazarı yaratmış oldu. Həm də böyük dövriyyələrin olduğu bazarı.

 Bəs 3 il sonra nələr baş verdi?…

1994-cü ildə “Ninja tısbağalar” cizgi filmi Türkiyə ərazisində milyonlarla uşağı, yeniyetməni və gənci artıq öz təsiri altına ala bilmişdi. Elə nə baş verdisə bundan sonra oldu. Cizgi filminin təsirinə düşən kütlə analarından tək bir şeyi tələb edirdilər. Bu “PİZZA” idi. Bu tələb türk qadınları üçün gözlənilməz idi. Ona görə ki, onlar pizzanın nə olduğunu və bunun necə hazırlandığını bilmirlər. Bir tərəfdənsə tələb sürətlə artır.

Nə baş verdi?….

Bu situasiya 1989-cu ildə bağlanmış “PİZZA” restoranlarının fəaliyyətini yenidən bərpa etdi. “PİZZA” restoranları lisey və universitet gəncləri arasında bir etibar səlnaməsi oldu.

Gözlənilməyən təhlükə…

Gənc kütlələr: Klassik türk mətbəxini – Lahmacunu, pideni kütlə-kütlə pizza restoranlarına getməklə tərk edirdilər. Bu nailiyyət böyük bir marketinq strategiyasının tərkib hissəsi idi və hədəfə çatılmışdı. İndi isə həmin cizgi filmini izləyənlər artıq 25-28  yaşlarındadırlar. “Ninja tısbağalar”ın təsirində boy atmış nəsil arasında ən çox istifadə olunan söz məhz “ Pizza mı söylesek? ” Məhz bu gənc nəsil tələbə yataqxanalarına, evə, qonaqlıqda, yığıncaqda, yaxın bir məsafəyə məhz “PİZZA” sifariş verirlər. Bir çox hallarda isə sifarişlər demək olar ki, hər axşam verilir. Təsəvvür edirsiniz? Böyük bir kütlə hər axşam pizza sifariş verir. Təxmini rəqəmi belə fikirləşmək adamı insanı qorxudur. Bəli əziz oxucum. Sənə əyləncəli və maraqlı gələn “ Pizza mı söylesek? ” əhvalatı məhz düzgün marketinq strategiyasının qurulmasının nəticəsi idi. Bu 30 illik strategiyanın meyvələridir türk gəncliyi. Bir çoxları üçün sıradan hesab olunan cizgi filmləri sayəsində ta uşaqlıqdan zehinlərə istədikləri məhsulları şüuraltı olaraq yerləşdirirlər və həmin kütlə üzərindən bir şirkətin gələcəyini qururlar. Malcolm “Bütün yatanları oyandırmağa tək oyanıq yetər” deyirdi.  Ola bilsin ki, biz də 20-30 il əvvəl cızılmış bir strategiyanın hədəfində olmuşuq və həmin hədəf üçün pullar xərcləyirik. Necə deyərlər? hər şey ola bilər. Elə deyil?

Sizin marketinq bələdçiniz…

(152 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here