Subbrendlər marketinq strategiyası kimi…

0
69

Subbrend (Sub – brand) marketinq strategiyası – Tanınmış brendlərin adları altında yaradılmış yeni məhsul və ya xidmətlərdir. Burada məhşur brendlərin əsas hədəfləri istehsal etdikləri məhsulların keyfiyyətini və qiymətini azaldaraq daha geniş istehlakçı seqmentlərini ələ almaqdır.

Subbrendlərdə məqsəd…

Subbrend marketinq strategiyası ilə tanınmış şirkətlər öz məhsulları (xidmətləri) üçün yeni hədəf kütlələrinə yol açırlar və ənənəvi brend altında daha ucuz qiymətə öz məhsul və xidmətlərini təklif edərək geniş coğrafiyalara və daha geniş seqmentlərə daxil olmaq və rəqiblərdən pay almaq əsas məqsədlərdəndir. Burada ixracat xüsusilə priorititetdir.

Məhşur brend altında keyfiyyəti aşağı və ucuz qiymətə təklif olunan məhsullar…

Brendlər yeni məhsullarla daha geniş istehlakçı kütlələrinin sayını artırmağa çalışırlar. Ancaq paralel olaraq düzgün hazırlanmış strategiya ilə geniş kütlələrə təklif olunan subbrendlər ana brendin imicini  də zədələmədən seqmentin dərinliyinə sızır.

Misal1: Nike Air Jordan. 1985-ci ildə Nike brendi tərəfindən yaradılmış bu subbrend o vaxtlar Amerika bazarında bahalı basketbol ayaqqabıları seqmentində yayılan “Adidas” idman ayaqqabıları brendinə qarşı istehsal edildi və çox qısa zaman ərzində Maykl Cordana görə bu idman ayaqqabıları həm peşəkar basketbolçuların sevimli idman ayaqqabısı oldu və həm də bütün dünyada basketbol fanatlarının sevimli idman ayaqqabısı halına gəldi. Subbrendlərin əsas vəzifəsi ünvanlı fəaliyyətdir. Beləki subbrendin hədəfində olan kütlələr üçün ana brend elə də böyük əhəmiyyət kəsb eləmir. İstehlakçılar üçün əsas arqument onları qane edən keyfiyyət və qiymət göstəriciləridir. Düzgün subbrend marketinq strategiyası əsasında yaradılmış məhsullar ana brendin hədəfləndiyi kütlələr arasında imicini zədələmədən inkişaf etdirilməlidirlər.

Misal2: Mercedes 190, bunun ən bariz nümunələrindəndir. Bu avtomobil növü Mercedesin digər növləri arasında ən ucuzu və aşağı keyfiyyətdə olanıdır.  Ancaq buna baxmayaraq, hədəf kütlələr arasında “Mercedes” brendinin imicini zədələmir. Əksinə Mercedesin təsir gücünü həmin kütlələr arasında artırır.

Misal3: Susuzlamış biri “Coca Cola Light” aldığı zaman belə deyir: Mənə “Cola Light” verin.  Diqqət edin bu müraciət şəkilində istehlakçı üçün vacib olan “Cola” adı yox, məhz “Light” adı daha təsirli və daha önəmlidir. Coca Cola şirkəti burada çox incə məqamı istehlakçının zehnində tutduraraq “Light” sözünü istehlakçı üçün bir brend ünvanı və bir keyfiyyət göstəricisi kimi mövqeləndirmişdir. Başqa bir tərəfdənsə “Cola Light” daha az kalori almaq istəyənlər üçün vacib subbrend halına gəlmişdir. Göründüyü kimi bu məhsulların mövcudluğu ana brendin imicinə mənfi təsir göstərmir. Tam əksinə az kalorili içki qəbul edən istehlakçılar üzərində öz təsir gücünü artıra bilir.

Sizin marketinq bələdçiniz…

 

(193 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here