Böhran brendlərin dayanıqlılığı üçün bir sınaqdır…

0
66

Bu məqalədə böhranlı zamanlarda dayanıqlı və zəif brendlərin vəziyyəti haqqında yazdım. Əvvəlcə baxaq görək nəzəriyyə böhrana necə bir tərif verir? Böhran — başlanğıc, dönüş nöqtəsi, dönüş, gözlənilməz nəticələr dövrü və s. qısa olaraq. Bazardakı qeyri stabil vəziyyətin təsirindən istehlakçılar da məcburi şəkildə israfdan qənaət rejiminə keçirlər. Bəs qənaət rejiminə keçdikdən sonra nə baş verir? Bir çox istehlakçılar uzun müddət istehlak etdikləri brendlərdən ya imtina edirlər, ya çox nadir hallarda istehlak edəcəklər, ya da sevimli brendindən tamamilə  imtina edib, daha ucuz brendlərdən istehlak edəcəklər.

Sual: Yoxsa, böhran brendlərin dayanıqlılığı üçün bir sınaqdır?

Şəxsən mənə görə, bazarın stabil dövrlərində özünü möhkəmlətməmiş istənilən şirkətin, istənilən brendi böhranın təsirindən bazarda qala bilməyəcək. Bu məsələmizin birinci tərəfidir. İkinci tərəfi isə budur ki, bazardan zəif brendlərin çıxması ilə daha dayanıqlı brendlərin geniş ərazilərə yayılacağı və bazar həcmlərinin artacağı deməkdir.

Bunun üçün nələrdə diqqətli olmalıyıq?

Bu suala cavab tapa bilmək üçün düşünürəm ki, əvvəlcə brendlərin bazardakı mövcudluğunu təyin edə bilmək üçün əvvəlcə hədəf kütlələri müəyyən etmək lazımdır. Aşağı seqment, orta seqment yoxsa yuxarı seqment? Qısası brendlər seqmentləşməlidirlər.

Böhran zamanı brendərin seqmentləşdiriməsi şirkətə nə kimi üstünlük verir?

Burada diqqəti incə bir məqama çəkmək istəyirəm. Bazarın stabil dövrlərində mövcud olan fərqli brendlər böhranlı zamanlarda adətən iki yolun ayrıcına gəlib çatırlar. Birinci brendlər – Bunlar böhrandan əvvəl istehlakçıların şüuraltılarında özlərinə yer etməyi bacaran brendlərdir ki, böhranlı zamanlarda daha çox satış və daha çox gəlir əldə edəcəklərini təmin edə bilənlərdir. Əksər hallarda bu nailiyyətlərini böhrandan əvvəl özünə gün ağlamayan brendlərin hesabına da əldə edirlər. İkinci brendlər – Bazarın stabil dövrlərində istehlakçıların yaddaşında möhkəmlənməyən və güclənməsi üçün heç bir tədbir görməyən brendlərdilər. Bu cür brendləri istehlakçılar yaddaşlarında mövcud olan “zibil yeşiyinə” atacaqlar. Başqa bir tərəfdən isə böhandan əvvəl bazara kütləvi şəkildə yanaşan şirkətlər zərər görəcəklər. Səbəb ortadadır. Adətən bu şəkildə çalışan şirkətlər sabit dövrlərdə istehlakçılara bir o qədər önəm vermirlər. Ona görə də böhanlı zamanlarda belə şəkildə fəaliyyət göstərmiş şirkətlər istehlakçı nəzərindən kənarda qalacaqlar. Buradakı səbəb isə loyallıq proqramlarının olmaması, şirkət və istehlakçılar arasında heç bir kommunikasiya olmamasına görə onlar üçün mənzərə heç də ürək açan olmayacaq.

Bəs belə dönəmlərdə ən uyğun bazar strategiyası nə ola bilər?

Heç uzağa getmirəm. Gözümüzün qarşısında böyüyən Araz marketlər şəbəkəsi demək olar ki, dərinləşməkdə olan böhranda güclənirlər. Necə? Araz market şəbəkəsinin adına özəl marka yaradaraq. Düzdü marketlər arasında özəl marka strategiyasından ilk dəfə Bazar Store istifadə etmişdir. Ancaq buna baxmayaraq Araz market şəbəkəsi bu yanaşmadan kütləvi şəkildə istifadə edərək yoluna iri addımlarla davam edir. Böhranın təsirindən istehlakçılar büdcələrinə sərf edən məhsulların axtarışına çıxırlar. Araz marketləri də bu cür məhsulları “private label”i yaratmaqla istehlakçılara bu fürsətlərdən yararlanmağa imkan yaradır. Həm ucuz, həm də keyfiyyətli. Başqa bir tərəfdənsə market şəbəkəsini digər distribyutor şirkətlərin təzyiqindən xilas edir.

BÖHRAN – brendlərin böhranlı dönəmlərdə dayanıqlılığını sınayan bir dönəmdir. Zəif brendlərin də bazardan çıxması ehtimalı çox böyükdür. Bəs necə oldu ki, uzun müddət bazarda mövcud olan brendlər böhrana görə bazardan çıxacaqlar? Bu cür brendlərin satışlardakı uğuru sadəcə bir neçə faktordan asılı idi. Böhrandan öncə işsizlik probleminin olmaması və əhalinin əksəriyyətinin gəlirlərinin sabit olduğu dönəmlərdə əldə olunan müvəqqəti və süni artış və inkişaf idi. Bunun da arxasında marketinq strategiyasının olmaması və bazara təklif olunan məhsul və brendlərin heç bir marketinq modeli əsasında formalaşdırılmaması dururdu. Digər brendlər isə  hansılar ki, haqlı olaraqdan istehlakçıların da verəcəyi dəstəklə bazarda öz mövcudluqlarını və pozisiyalarını qoruyub saxlaya biləcəklər. Təbii ki, böhranın təsirindən satışlarında azalmalar da ola bilər. Növbəti məqalələrimdə böhran zamanı yaranmış qlobal brendlərdən yazacam.

Sizin marketinq bələdçiniz…

(104 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here