BUTAM böhranın yaratdığı fürsətlərin təsirindən yaranan brend kimi (ikinci yazım)

0
168

Ötən məqaləmdə BUTAM brendi, adı və loqosu haqqında kiçik bir bloq yazım ilə tanış oldunuz. Bu dəfəki bloq yazımda həm BUTAM çay növləri haqqında məlumat əldə edəcəksiniz.

Tez-tez verilən sual: BUTAM çayları hara istehsalıdır?

BUTAM brendi altında satışa çıxarılan məhsullar Azərbaycan istehsalıdır. Çay məhsullarımız Qobu qəsəbəsində fəaliyyətdə olan fabrikdə istehsal olunur. Çay məhsulları üçün lazımi olan çay xammalı əsasən Astara və Ceylondan gətirilir. BUTAM çay brendi əksəriyyətin də tanıdığı Herba Flora şirkətinə məxsus bir əmtəə nişanıdır. Herba Flora şirkəti uzun illərdir ki, müalicəvi çay məhsulları üzrə ixtisaslaşmış və bu istiqamətdə inkişaf edərək, istehlakçılar tərəfindən rəğbət və etibar qazanmış şirkətlərdəndir. 2016 –cı ilin ikinci yarısında şirkət bazar fəaliyyətində və xüsusilə də pərakəndə marketlər sektorunda da fəaliyyətini genişləndirmək qərarına gəlmişdir. Beləliklə də BUTAM çay brendi ilə şirkət üçün yeni bir bazar dönəmi başlamış oldu, özü də böhran dönəmində. Necə deyərlər böhranın verdiyi imkanları dəyərləndirməyə dəyər. Müəssisə Çin və Polşadan gətirilən çay emalı və istehsalı üzrə avadanlıqlarla təchiz edilmişdir.

Müəssisədə 3 bölmə var: İlkin emal; Seçmə;  Qablaşdırma.

Yeni qablaşma növümüz:

Çayı çox sevən xalq olaraq, dəmləmə çay növləri rasiyonumuzda xüsusi yer tutduğuna görə qərara gəldik ki, ən qısa zamanda istehlakçılarımıza dəmləmə çayları da təklif edək. Ümidvaram ki, BUTAM dəmləmə çayları bir çox mətbəxin bəzəyi olacaqdır. Hazırda dəmləmə çaylar üzərində yekun işlər aparılır. Çox gümanki Fevral ayı ərzində əziz istehlakçılarımız BUTAM dəmləmə çaylarını da əldə etmiş olacaqlar. Dəmləmə çaylarımızın tərkibində əsasən 6 qara qarışıq çay kolleksiyası və 2 qarışıq yaşıl çay kolleksiyası olacaq. İnşeallah nəsib olarsa dəmləmə çaylarımız haqqında da istehsal olunduqdan sonra istifadəsinə, dəmləməsinə dair geniş və maraqlı bloq məqalə yazacam.

BUTAM çay növləri

Cari vəziyyətdə BUTAM əmtəə nişanı altında 20 ədədli filtr paketdə 13 müxtəlif adda gündəlik istehlak üçün qarışıq qara çay və yaşıl, qarışıq yaşıl çay və 7 növ 20 ədədli filtr paketdə “Fitnes” arıqladıcı çay növləri vardır. İstehsal zaman kimyəvi qatqılardan istifadə olunmur. Bu şirkətin başlıca missiyasıdır. Heç bir kimyəvi qatqı olmayan, tam təbii, xoş ətirli və xoş tamlı BUTAM çaylarını öz sevimli istehlakçılara təqdim etməkdən məmnunluq duyuruq. Çay məhsullarımız həm dadı, həm ətri və həm gözəl tamı ilə ağzınıza tam fərqli dad qatacaq.

BUTAM çay məhsulları

Çay məhsullarımız Herbal çay növlərinə daha yaxındır. Herbal çay növü nə deməkdir? Herbal çayları əsasən bitki qarışığından istehsal olunur. Bunlar müxtəlif dağ çiçəklərindən, müxtəlif bitkilərin köklərindən, müxtəlif bitkilərin ləçəklərindən və s. təbii bitki məhsullardan əldə olunur. Belə ki, bu tip çay növlərinin tərkibində kofein olmur. Sağlam həyat tərzi üçün çox faydalı hesab olunurlar.

Qarışıq çaylar kolleksiyası : Butam Azərbaycan buketi, Butam Qara çay, darçınlı, Butam Qara çay, kəklikotulu, Butam Qara çay, limonlu, Butam Qara çay, nanəli, Butam Qara çay, nanə və limonlu, Butam Məkkəgülü çiçəyindən olan çay, Butam Naxçıvan buketi, Butam Yaşıl çay sadə, Butam Yaşıl çay, mixəklə, Butam Yaşıl çay, mixək və darçın, Butam Yaşıl çay, nanə və darçın, Butam Yaşıl çay, nanə və limonlu.

Onu da deyim ki, hazırda BUTAM çay brendi ən bol qarışıq çay məhsullarını təqdim edən brendlərdəndir. Hə, unutmadan ən çox yaşıl çay növləri məhz bizim BUTAMa aiddir. Buyurun özünüz tanıyın: Butam Naxçıvan buketi, Butam Yaşıl çay sadə, Butam Yaşıl çay, mixəklə, Butam Yaşıl çay, mixək və darçın, Butam Yaşıl çay, nanə və darçın, Butam Yaşıl çay, nanə və limonlu. Tam 6 növdə.

Fitnes arıqlama çaylar kolleksiyası: Butam Fitnes Alma, Butam Fitnes Çiyələk, Butam Fitnes Ərik, Butam Fitnes Qarışıq, Butam Fitnes Limon, Butam Fitnes Nanə, Butam Fitnes Zəncəfil. Xoş ətirli və dadlı BUTAM fitnes çayları orqanizmdə maddələr mübadilə proseslərini sürətləndirir, piy toxumasının parçalanmasını təmin edir. Orqanizmi şlaklardan təmizləyərək artıq çəkidən azad olmağa yardım edir. Sınamağa dəyər.

BUTAM çay məhsulları əsasən nın tərkibinə gözəl diyarımızın müxtəlif meşəliklərindən, dağ və yamaclarından yığılmış, zəngin tərkibli bitki məhsullarını əlavə edərək çaylarımıza əsl təbiət tamını qatırıq. BUTAM çay ləzzəti!…

Sizin marketinq bələdçiniz…

 

(1. 682 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here