Makedoniyalı İsgəndərin əldə etdiyi qalibiyyətlərin sirri və şirkətlərin daxilindəki böhranların səbəbləri…

0
843

Bu yaxınlarda Makedoniyalı İsgəndər və ordusu haqqında bir məqalə oxudum. Antik dövrün böyük fatehinin kiçik bir dövləti dövrünün ən qüdrətli dövlətinə necə çevirə bildi? Bu sualın çox sadə cavabı var – Makedoniyalı İsgəndər özünə məxsus liderlik və idarəetmə keyfiyyətlərinin olması ilə buna nail ola bildi. Həm də dövründə baş verən böhranların içərisində. Bəli, Böyük İsgəndər məhz bu keyfiyyətlərinə görə böyük əraziləri və bir çox ölkələri işğal edə bilmişdir. Böyük İsgəndər ordusunda xidmət edən tam 34.000 əsgəri şəxsən tanıyar və onlarla qarşılaşdığı zaman şücaət və əməllərinə görə təqdir edərdi. Bəli, bunu ancaq və ancaq lider olan biri edə bilərdi həm də sadiq ordu ilə. Təsəvvür edin imperator şəxsən sizi tanıyır və döyüş meydanlarında göstərmiş olduğunuz şücaətinizə görə sizi tərif edir və sizə razılığını bildirir. Sanmıram ki, bir əsgər üçün bundan böyük motivasiya ola bilər. Məhz elə buna görə də İsgəndərin ordusunda xidmət edən əsgərlər bir daha geri qayıtmamaq şərti ilə öz liderlərinin ardınca kiçik Asiyaya, Misirə, İrana, Əfqanıstana və uzaq Hindistana səfərə çıxdılar. Böyük İsgəndər məhz təqdir etdiyi ordusu ard-arda qələbələrlə nəhayət  antik dövrün ən böyük fars ordusunu və dövrünün ən böyük imperatoru olan Daranı məğlub edə bildi. Təkrar yazıram, İsgəndər bunu ancaq və ancaq liderlik keyfiyyətlərinə görə əldə edə bildi. Döyüşlərə öz əsgərləri ilə bir cərgədə girərdi və onlarla çiyin çiyinə vuruşardı. Budur böyük uğurun sirri. Məqaləmə niyə İsgəndərdən qısa yazaraq başladım? Gizlin deyil ki, 2015-ci ilin Fevral ayından etibarən ölkəmizdə və ölkə iqtisadiyyatımızda yeni böhranlı bir dönəm başladı və artıq 2 ildir ki, bu böhran dərinləşməkdədir. Manatımız isə 2 valyuta Dollar və Avro qarşısında ciddi dəyər itirməkdə yoluna davam edir. Manatın devalvasiyası yerli şirkətlər üçün də ciddi böhranlara səbəb oldu. Bir gecənin içərisində külli miqdarda pul itirənlər, bir gecənin səhərində iflasın astanasına gəlib çatanlar, bir gecənin səhərində iflasa uğrayan irili və xırdalı şirkətlər oldu. 2015-ci ildə yeni biznesə başlayanlardan isə heç danışmıram. Bəs şirkətlərdə böhrana nələr səbəb oldu? Bir çox şirkətlər bazarın stabil dönəmlərində süni də olsa, şirkət olaraq nə ciddi şəkildə brendinqlə məşğul olmuşdular, nədə ki, stabil dönəmlərdə özlərinə ciddi komanda yığa bilmişdilər. Əslində böhranın kökündə insan amili durur. Şəxsən özüm böhrandan əvvəl iki iri şirkətdə çalışdığım zaman ərzində strateji əhəmiyyəti olan marketinq şöbəsindən uzun illər yetişdirdikləri marketinq mütəxəsislərinin işdən xaric olunmalarına belə rəbərlikdə olanlar heç bir reaksiya vermirdilər. Bəlkə də haqlı idilər. Ancaq gəlin bir anlıq fikirləşək 3 və ya 4 il çalışdırdığın və kifayət qədər də şirkətin haqqında baza məlumatları olan mütəxəsislərin şirkətdən çox asanlıqla xaric edilmələri və yaxud da həmin peşəkarların öz istəkləri ilə şirkətlərdən getmələri şirkət üçün necə nəticələnə bilər? Bunu ölçən bir baba igid var mı? yaxud bunu kim ölçməlidir? Bunun hesabını kim verməlidir? Təbii ki, HR departamenti. Bu da onu göstərir ki, əksər şirkətlərin HR departamentlərinin özlərinin kadrları idarə edə biləcək strateji planları yoxdur. Heç ortaya çıxıb deyən yox idi və yoxdur ki, a bala bu kadr gedir və kadr işdən azad olunduqdan sonra şirkətim bazar payını, brendin bazar mövqeyini itirə bilər. Həm struktur baxımından, həm icra olunan işin tezliyi baxımından, həm brendinq baxımından və həm də bazar payı baxımından. O dövr üçün bu normal sayıla bilərdi. Çünki şirkətə pul gəlirdi və şirkət rəhbərləri də bu baxımdan çox rahat idilər. Bundan başqa şirkətində çalışan əməkdaşların müxtəlif peşəkar təlimlərə getmələrinə də yatırımlar olmurdu. Deyə bilərsiniz ki, əgər kadr peşəkardırsa onda şirkət treninqə getməsi üçün niyə pul yatırtmalıdır? Ona görə ki, bazarın dinamikası günü gündən dəyişir və peşəkarlar həmin dinamikaya uyğun inkişaf etməlidirlər ki, öhdəliklərində olan brendin inkişafına da təsir edə bilsinlər. Mən şirkətlərin daxilindəki böhrandan sadəcə iki səbəbi yazıram.

Bəs bu problemlərin kökündə nə durur?

Bu problemlərin kökündə şirkət rəhbərlərinin özlərini lider kimi yox, müdir kimi aparmalarındadır. Bəs görəsən Makedoniyalı İsgəndər özünü öz ordusu arasında lider kimi yox, əsgər kimi yox, imperator kimi aparsa idi. O dövrünün ən qüdrətli və ən böyük dövlətlərindən birini qura bilərdimi? Sanmıram ki, buna nail olardı. Məhz bu səbəbdən də bu gün də əksər şirkətlərin bazarda baş verən və tuğyan edən böhrana qarşı hazırıqsız olmaları onları bir çox fürsətlərdən istifadə edə bilməmələri yönünüdə də çox geri salır və bu geriləmə günü gündən özünü göstərir. Hər bir şirkətdə baş verən problemlər isə ümumi ölkə və vətəndaşlar üçün də ziyanlıdır. Vacib deyil ki, bu şirkətlərdə biz çalışırıq və ya çalışmırıq. Ona görə də günümüzdəki şirkət sahibləri, top menecerlər bir çox hallarda liderlik və rəhbərlik kimi keyfiyyətləri səhv salırlar. Necə ki, günümüzdə belə bəzi şirkətlərdə şirkət sahibi gələndə dəhlizdə olan işçiləri mühafizəçilər üzü divara tərəf çevrilməyə məcbur edirlər. Belə şirkətlər ömür boyu bazar lideri ola bilməyəcəklər. İndi başa düşürsünüz şirkətlərdə böhran özünü niyə ağır göstərir?  Siz rəhbər ola bilərsiniz, ancaq lider ola bilməzsiniz. Rəhbər olsanız belə sizi sevməyən və sizin ardınızca getməyə hazır olmayan kadrlar varsa siz heç nəyə nail ola bilməyəcəksiniz. Ona görə ki, sizə qarşı nə sevgi, nə sadiqlik və nə də etibar var. Hörmətli menecerlər: Lider olmurlar, lider doğulurlar. Bu fərqi kaşki qana bilsəydiniz. Babamın bir sözü var idi. Hər kişinin işi deyil ki, şam ağacına mismar çala. Bəli, kişi çox haqlı imiş. Mənsə antik dövrün lideri olan Makedoniyalı İsgəndərin simasında deyirəm – Makedoniyalı İsgəndər olmaq hər şirkət rəhbərinin işi deyil ki, bazarları fəth edə və böyük bazar payına sahib ola…

Sizin marketinq bələdçiniz…

 

(290 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here