Loqotiplər şirkət və ya brendlər üçün niyə əhəmiyyətlidir?..

0
53

Loqotip – İstənilən şirkətin kompakt və vizual mini obrazıdır. Ona görə ki, qrafik formada loqotip şirkət və ya brend haqqında müəyyən xatırlatma funksiyasını daşıyır.

Loqotipin yaranma tarixi

“Loqo” – bu yunan sözüdür və mənası da (danışmaq, çıxış etməkdir). Hələ antik dövrlərdə fiqurlu yazışma vasitələri mövcud olmuşdur. Sonralar isə fiqurlu yazışma vasitələrini söz və obrazlarla birləşdirərək istifadə edirdilər. Loqolardan markalaşma aləti kimi artıq İntibah dövründən etibarən daha geniş formada istifadə olunmağa başlandı. Müasir zamanda isə loqotiplər şirkətlərin, brendlərin daha asan və daha rahat şəkildə tanınmalarını təmin edən əsas elementlərdəndir. Bəs yaxşı loqotipin qurulması zamanı nələri bilmək vacibdir? Bunun üçün marketinq və reklam sferası sahələrini bilmək önəmlidir. Unikal loqotipin əldə olunması üçün spesifik bizneslər xaricində, çox və qarışıq rənglərdən uzaq durmaq lazımdır. Ona görə ki, çox və qarışıq rənglər harmoniya və tarazlığın əldə olunmasına mane olur. Çox rəngli və qarışıq loqotiplər yadda qalmır. Rəng seçimləri şirkətin fəaliyyət sahəsi ilə daha sıx əlaqəli olmalıdır.

Peşəkarların rəyinə görə uğurlu loqotipin əldə olunması üçün aşağıdakı bəndlərə diqqət olunmalıdır:

  • Yaxşı stilistika.
  • Unikallıq.
  • Cəlbedicilik.
  • Şirkətin obrazını düzgün şəkildə təmsil edə bilməlidir.
  • Yaxşı oxunan. İnsanlar loqotipi gördükləri zaman dizaynını anlamalıdırlar.
  • Loqotipdə elə bir şey olmaldır ki, onu öz hədəf kütləsi tuta bilsin.

Loqotipin şirkətin imicinin formalaşmasındakı rolu

Loqotip – firma üslubunun əsas elementlərindən biridir. Belə ki, uğurlu loqotiplər şirkətin paylaşdığı reklamların effektivliyini və şirkətin imicini artırır. Kəskin rəqabətli bazarlarda tab gətirə bilmək üçün loqotip – yadda qalan, firmanı uyğun bazarda uğurlu təmsil edə bilməli, müştərilərin rəqabətli bazarda məhsul və ya xidmət seçimlərini sadələşdirməlidir. Yaxşı loqonun seçimi işin start mərhələsində uğurlu olmalıdır. Uğurlu olmadığı təqdirdə şirkət və ya brend bazarda ciddi problemlərlə üz-üzə qalacaqdır. Belə ki, ən əsası da hədəf kütlələrlə kommunikasiyaların qurulmasında da maneələr qaçılmaz olacaqdır. Elə şirkətlər və elə mütəxəsislər də vardır ki, onlar bunun bir o qədər də əhəmiyyətli olmadığı qənaətindədirlər. Onlar hesab edirlər ki, əsas işə başlamaqdır. Sonradan brend üzərində yenilənmə işləri ilə qüsurları qaldırmaq olar deyə düşünürlər. Əslində bu çox yanlış mövqedir. Ona görə ki, bu da öz növbəsində rebrendinq zamanı baş verən dəyişikliklərin uğursuz olması risklərini də artırır. Sonradan loqotipin dəyişilməsi həm marketinq və həm də maliyyə baxımından çətin və ağır prosedurdur. Zövqsüz və uğursuz loqtiplər də özləri ilə bərabər bir çox riskləri də daşıyır. Belə ki, ciddi şirkətlər əməkdaşlıq etməkdən. İstehlakçılar isə məhsulu almaqdan imtina edirlər. Ona görə də loqotip həm şirkətin tanınmasında və həm də brendin tərtibatında ən vacib funksiyanın daşıyıcısı rolundadır. Məqalədən də məlum oldu ki, şirkətlərin və onların brendlərinin bazardakı uğurlarında loqotiplərin rolu danılmazdır. Hörmətli dostlar loqo və onun əhəmiyyəti haqqında bu qədər. Ümid edirəm ki, faydalı bilgi oldu. Növbəti məqaləmdə siz loqoların növləri və onların tipləri haqqında olan məqaləmlə tanış ola biləcəksiniz..

(151 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here