Geniş yayılan loqo tipləri və üslubları (ikinci yazım)

0
286

Birinci yazımda da qeyd etdiyim kimi müasir dönəmdə loqotiplər şirkətlərin və brendlərin qurulmasında ən funksional marketinq alətlərindən biridir. Demək olar ki, hər gün jurnallarda, saytlarda, televiziya reklamlarında, küçələrdə və s. yerlərdə rast gəlirik. Loqotiplər istehlakçı şüurunda şirkət və ya marka haqqında obrazlı, abstrakt fikirlərin formalaşmasında başlıca rola malikdir. Loqoların uğurulu olmasında aşağıdakı 3 bənd çox önəmlidir.

  • Anında tanınan;
  • Yadda qalan;
  • Müxtəlif səpkili çap və mətbəə işləri zamanı aydın oxunan olmalıdır;

Loqotiplərdən istifadə olunmağa başlanan ilk vaxtlardan günümüzə qədər loqotiplər mərhələli şəkildə müxtəlif tiplərə bölünmüşdür. Gəlin birlikdə ən geniş yayılanlarına nəzər salaq:

  1. Simvolik loqotiplər – Bu növ loqolar başlanğıcını qədim zamanlardan götürür. Müasir biznesdə onlar özlərinə simvol, ikona, işarələr şəkilində yer tapdılar. Bu növ loqotiplər əsasən  böyük şirkətlər arasında çox populyardır. Loqo özü qrafik simvol şəkilində olduğuna görə alıcılarda müəyyən məhsul və markaların tez tanınması zamanı onlara şüuraltı və assosiativ təsirləri çox böyükdür. Apple və Shell şirkətlərinin loqotiplərini buna misal çəkmək olar.
  2. Mətnli loqotiplər – Loqonun kökünü piktoqram formasında olan hərflər təşkil edir. Sadə quruluşuna görə mətn formasında olan loqolar daha tez yadda qalandır. Elə bu özəlliyinə görə də iri şirkətlər kəskin rəqbət bazarını nəzərə alaraq öz loqotiplərindən daha uğurla istifadə edə bilirlər. Bunların bariz nümunəsi kimi – McDonald’s, Honda, IBM, Motorolla kimi şirkətləri göstərmək olar.
  1. Rəqəmsal hərfli şriftlərlə olan loqotiplər – Şirkətin və ya brendin rəqəmsal şriftli təsviridir. Bu növ loqolar hazırlanarkən şirkət üçün xüsusi, eksklyuziv şirftlərlə işlənir. Buna  – Zanussi, Yandex, Microsoft kimi qlobal brendləri misal çəkmək olar.
  2. Kombinə edilmiş loqotiplər – Bu növ loqotiplər şirkətlər və brendlər arasında ən geniş yayılanıdır. Belə ki, loqotiplərin formalaşmasında yuxarıda sadalanan bütün loqotiplərin əsasında qurulur. Loqotipin hazırlanmasında qrafik elementlərdən istifadə olunması loqotipi yadda qalan, cəlbedici edir. Bu cür loqotiplər istənilən hal və şəraitdə gözəl təmsil olunurlar. Buna  – Wella, Mazda, Indesit, Sony Ericsson, Schwarzkopf, Ariston kimi brendlərin loqolarını misal çəkmək olar.

Sözsüz ki, hər loqotipin  özünəməxsusluğu, müsbət və mənfi cəhətləri vardır. Elə buna görə də loqotiplər hazırlandığı zaman uğurlu və yüksək keyfiyyət göstəricilərinə nail olmaq üçün  marketinq mütəxəsislərinin və dizaynerlərin dərin təcrübəsi olduqca önəmlidir. Yəni loqotip haqqında yarana biləcək mənfi cəhətləri minimuma salmaq lazımdır. Hörmətli dizaynerlərimiz loqotiplər hazırladıqları zaman brendlərin əsas memarları olan marketinq mütəxəsisləri və ya brend menecerlərlə davamlı məsləhətləşmələri unutmasalar nəticələrin uğurlu olması zəmanətlidir. Dizanyerlər başa düşməlidirlər ki, markanın inkişafına yönəlik bütün  məsuliyyəti məhz marketinq mütəxəsisləri və brend menecerlər daşıyırlar. Ona görə də  bazarda problemlərin törənməməsi, marka ilə istehlakçılar arasında kommunikasiyalarda yarana biləcək hər hansı bir qüsurun olmaması üçün marka mütəxəsislərinin bazara baxışları dəqiq müəyyən olunmalı və birgə analiz edilməlidir. Atalarımız demişkən: “Məsləhətli don gen olar”…

(303 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here