Yaşıl çayı şokoladla içmək mümkündür?

0
207

Ölkəmizin ən böyük marketinq qrupunda tərəfimdən qurulmuş yeni çay brendi olan BUTAM haqqında maraqlı bir post paylaşılmışdı. Postun paylaşılmasına səbəb BUTAM yaşıl çayın üzərinə plitka şokoladın bağlanması olmuşdur. Demək olar ki, əksəriyyət şərh yazanlar da bu cür təklifin düzgün olmadığı qənaətində idilər. Eləcə də postu paylaşan yoldaş bunun yanlış olduğu qənaətindədir. Mən də qərara gəldim ki, bu barədə maarifləndirici bir məqalə yazım. Hər kəs də məlumatlı olsun.

İndi isə baxaq görək yaşıl çayı şokoladla istehlak etmək olar ya yox?

Amerikalı bilim adamları bu barədə çox maraqlı bir araşdırma aparıblar. Belə ki, onların qənaətinə görə günün müəyyən bir vaxtında bir çox adamı nahardan sonra mürgü tutur. Hətta çoxlarımız bunu özümüzdən də bilirik. Yuxusu gələnlərin çoxusu iş vaxtlarında bunun qarşısını almaq üçün kofe içirlər. Ancaq alimlər bundan daha effektiv olanı kəşf edə bilmişlər. Alimlərin qənaətinə görə tünd şokoladla (60%) yaşıl çayın birgə istehlakı konsentrasiyanın qalxması üçün ən ideal olanıdır. İsbat olunmuşdur ki, yaşıl çay və tünd şokolad  ikisi birlikdə istehlak olunanda qan təzyiqi normal qalır. Belə bir qənaətə Şimali Arizona Universitetinin (ABŞ) professor heyəti gəlmişdir. Hətta bunun isbatı üçün yaş hədləri 18-25 yaş həddi olan 122 nəfər könüllü arasında sınaqlar da keçirilmişdir.  60%-lik kakao tərkibli tünd şokolad (tünd şokoladlar üçün minimal göstərici) insanlarda təzyiqi qaldırır. Alimlər bu problemlə üzləşildiyi zaman məhz yaşıl çayla birlikdə tünd şokoladın içilməsini təklif edirlər. Belə ki, yaşıl çayın tərkibində mövcud olan təbii sakitləşdirici L-tianin təsiri ilə həll etməyin mümkünlüyünü bildirmişlər. Hətta araşdırmalar zamanı şokoladla yaşıl çay içən könüllülərin qan təzyiqini normallaşdıra bilmişlər. Psixoloq professor Larri Stivens, öz araşdırmalarının nəticəsi olaraq əlavə edir ki, şokolad L-tianinlə faydalı təsirə malikdir. Yaşıl çay və tünd şokoladın birlikdə istehlakı ürək, qan damar sistemi, piylənmə əleyhinə, yaddaş güclənməsi kimi ehtiyacımız olanlara çox faydalı təsirləri vardır. Dietoloqlar tövsiyə edirlər ki, çox yorğun olduğunuz hallarda yaşıl çayı şokoladla içməkdə fayda var. Belə ki, beyində yaranmış yorğunluq və spazmları çox rahatlıqla dəf edir. Ancaq şokoladın tünd olması tövsiyə olunur. Yaponlar isə məsələyə tamamilə fərqli yanaşırlar. Yaponlar ümumiyyətlə dünyada öz milli adət ənənələrinə çox bağlı olan bir xalqdır. Yaşıl çay demək olar ki, yaponların süfrələrinin və  günlük rasyonlarının ayrılmaz bir hissəsidir. Yaponiyada istehlak hətta o həddə çatmışdır ki, günlük istehlak məhsulları arasında yaşıl çay tərkibli assortimentlərin sayı həddən çoxdur. Bunun da başlıca səbəbi odur ki, yaponlar özlərinə aid olan “matça” çayıdır. Hətta McDonalds belə Yaponiyadakı şəbəkələrində xüsusi olaraq yaşıl çayı sevənlər üçün məşhur Mcflurry dondurmalarını yaşıl çay dadı və yaşıl çay tərkibli inqredientlərlə təklif edir. Coca Cola isə Yaponiyada öz istehlakçılarına yaşıl çay tərkibli Coca Cola içkilərini təklif edir. Bundan başqa Nestle özü də yaşıl çay tərkibli “KitKat” şokoladlarını təklif edir. Gördüyünüz kimi şokolad məhsulunun yaşıl çayla istehlakında heç bir problem yoxdur. Bəs bizim təklif etdiyimiz plitka şokolad məhsulları tünd olanıdır? Yox, tünd şokolad məhsullarından deyillər. İqtisadiyyatda ən əsas anlayışlardan biri olan tələb təklif məsələsini də nəzərdən keçirtmişik. Bilirsiniz ki, ölkəmizdə tünd şokoladın istehlakı minimal həddədir. Mən hətta deyərdim ki, tünd şokolad istehlak mədəniyyətinin formalaşması hələ uzun müddət özünü büruzə verə bilməyəcək. Ona görə ki, bizim istehlakçılar südlü şokoladı daha çox sevirlər. Tərəfimizdən bazar analizi aparılmış, bütun məhsullar üzrə ümumi tələb və təklif nəzərə alınaraq belə qənaətə gəlinmişdir. Tərəfimizdən müəyyən olunmuş qiymətə və müddətdə müəyyən miqdarda satmağı hesablayaraq belə bir təkliflə bazardaNovruz kampaniyası üçün addım atdıq və addımımız da uğurlu alındı. Ona görə də istehlakçı tələbi üzərindən bu aksiya tərəfimizdən həyata keçirilir. Ümid edirəm ki, açıq qalan suallara məqalədə qismən cavab verildi.

Faydalı olması ümidi ilə…

(258 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here