Marketinq böhran zamanı

0
106

Ara sıra böhrana dair yazılarımda toxunuram. Bu dəfə isə marketinqin və marketoloqların böhranlı dönəmlərdə olan rolundan yazası oldum. Heç də yaxşı dönəm yaşamadığımızı demək olar ki, artıq hər kəs görür və hiss edir. Ölkəmizdə 2015-ci ildən başlayan iqtisadi böhran dərinləşdikcə artıq sabit dönəmlərdə formalaşmış bazarlar və qaydalar keçən hər gün dəyişir və bunun da təsirindən şirkətlər öz nəsiblərini alırlar. Bəs görəsən baş verənlərə görə başqa kimlər təqsirlidir? Gəlin birlikdə bunu yazmış olduğum kiçik icmalda dəyərləndirək.

İqtisadi böhran nədir? və bu niyə baş verir?

İqtisadi böhran – ölkənin iqtisadi durumunun kəskin pisləşməsi, nəzərə çarpacaq dərəcədə istehsalın düşməsi, ixracatın olmaması, ölkəyə xarici valyuta axınının kəskin azalması, müəssisə və təşkilatların müflisləşməsi, işsizliyin artması, əhalinin həyat və rifah səviyyəsinin aşağı olması kimi səciyyələndirilir. Mütəxəsislər böhranı dönüş nöqtəsi, yeni dövrün başlanğıcı kimi dəyərləndirirlər. Bəs biz marketinq sahəsinin adamları belə bir dönəmlərdə nə etməliyik? Və fəaliyyətimizdə nələrə diqqət etməliyik? Unutmayaq ki, böhran marketoloqlar üçün həm də bir sınaqdır. Hazırıqlı olanlar sınaqdan çıxa bilir, hazırıqsız olanlar isə şirkətin əlavə problemlər qazanmasına səbəb olurlar. Kifayət qədər savadlı marketoloqlarımız var. Ancaq bəzən onların da nəzərlərindən qaçan nüanslar olur. Əminəm ki, nəzərlərdən qaçan nüansalara diqqət edilsə problemlərin qarşısını almaq mümkün olar.

Böhranın baş verməsi ilə bazarda nələr baş verir?

Böhranın gəlişi ilə ənənəvi marketinq və bazar qaydaları dəyişir. Dəyişən qaydalar isə nəticə etibarı ilə həm brendlərin inkişafına və satışlara öz mənfi təsirlərini göstərir və bu qaçılmaz hal olur. Məhz elə buna görə də şirkətlər yaranmış situasiyalar üçün effektli planlar işləməli, bazardakı dəyişikliklərə anında reaksiya verə bilməlidirlər. Əks halda bazar payını, loyal müştəriləri itirmək riskləri artır.  Bəs nə etməli?

Bazarı, rəqibləri və rəqiblərin hədəf kütlələrini izləmək

Vacibdir ki, bazarda baş verənlərə anında və zamanında reaksiya verilsin. Məhz elə buna görə də şirkətlər davamlı olaraq özlərini bazarlar, rəqiblər və istehlakçı davranışları ilə əlaqəli istənilən informasiya ilə təmin etməyi bacarmalıdır. İnformasiya bolluğu şirkətləri uğura aparan ən vacib vasitələrdən biridir.

 Yeni bazarlar, yeni məhsullar

Dəyişən marketinq və bazar qaydalarında yeni istehlakçı tələbləri formalaşır. Böhran zamanı marketoloqlar formalaşan istehlakçı tələblərini görə bilməli və vaxtında da bu məsələ ilə bağlı tədbirlərini həyata keçirtməlidir. Paralel olaraq :

  • Fərqli satış kanalları aşkarlanmalı;
  • Yeni məhsul kateqoriyaları yaradılmalı;
  • Bazarın sabit dövründə inkişaf etməmiş nişalar inkişaf etdirilməlidir;

Bunlara misal olaraq: Oba və Sərfəli marketləri misal çəkmək olar. Burada həm yeni məhsul kateqoriyaları yaradılmış, həm də cari bazar üçün köhnə satış kanalları hesab olunsa da sabit dönəmlərdə inkişaf etməmiş bazarlar idi. İndi isə bu yeni market kanalı olaraq şirkətlər tərəfindən inkişaf etdirilir.

Unutmayın ki, böhranlı dönəmlərdə hansı addımların düzgün atıldığını və ya hansı marketinq taktikalarının baş tutacağını müəyyən etmək olduqca çətindir. Məhz elə buna görə də hansısa bir işə başlamazdan öncə yaxşı olardı ki, SWOT analizlər də aparasınız. Aparılan istənilən analiz isə obyektiv olmalıdır. Beləliklə də böhranlı dönəmlərdə marketinqin faydalı tərəflərini və marketoloqların nələrə diqqət etməli olduqları nüanslara birlikdə nəzər saldıq. Faydalı olması ümudi ilə….

(86 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here