Konversiyon marketinq nədir?

0
82

Marketinqin bu forması bazarda müəssisənin məhsuluna neqativ tələbat olduğu halda tətbiq edilir. Daha sadə dildə desək bazar və alıcılar məhsulu və ya xidməti qəbul etmir. Belə olan halda da firma məhz konversiya marketinqi strategiyası vasitəsi ilə alıcıların və bazarın məhsula yönəlik  neqativ münasibətini dəyişmə imkanına sahib olur.

Neqativi qaldırmaq üçün istifadə olunan əsas alətlər:

  • Məhsulun şəkilinin və ya formasının dəyişdirlməsi;
  • Məhsulun maya dəyərinin aşağı salınması;
  • Məhsulun bazara daha effektli şəkildə təklif olunması və satışların stimullaşdırılmasını təmin etmək;

Bəs məhsul haqqında neqativin yaranmasına nələr səbəb olur? Və bu nə zaman baş verir?

Ümumi yanaşsaq, problemlər hələ məhsulun yaradılması mərhələsindən qaynaqlanır. Azərbaycan şəraitində başlıca səbəbləri bir neçə yerə bölmək olar.

  • Bazarın dərindən araşdırılmaması;
  • Rəqiblərin düzgün analiz olunmaması;
  • Hədəf kütlələrin düzgün seçilməməsi;
  • Sahibkar müdaxiləsi və verilən müstəqil qərarlar;
  • Məhsul proqnozu haqqında verilmiş yanlış qərarlar;

Məhsul və ya xidmətin yaradılması ideası üzərində çalışıldığı zaman bazarı, rəqibləri, rəqiblərinizin alıcılarını, hədəf kütləni düzgün analiz etmədən bazara məhsul təklif edəcəksinizsə, onda məhsula qarşı neqativ tələbatın yaranması qaçılmaz olacaqdır. Məhsul çıxartmazdan əvvəl bu barədə yaxşıca düşünmək lazımdır.

Konversiyon marketinqinin tətbiqində məqsəd

Bu marketinq formasının tətbiqində əsas məqsəd strategiyada müəyyən olunmuş məhsula və ya xidmətə diqqətin yenidən cəlb olunmasını təmin etməkdir. Bunun üçün pərakəndəçilərin məhsula və ya xidmətə olan maraqlarını təmin etmək məqsədi ilə, satışın bütün istiqamətlərdə stimullaşdırılmasını təmin etmək lazımdır. Buna əsasən marketinq büdcələrinin ayrılması daxildir. Yəni xərcləmək lazımdır. Adı yadımda deyil, ancaq belə bir fikir var: Xərclərin çoxluğundan yox, gəlirlərin az olmasından qorxmaq lazımdır. Neqativ tələbatın aradan qaldırılmasında xərclər mütləqdir. Bu olmazsa çətin olacaqdır.

Konversiyon marketinqdə hədəf və tapşırıqlar:

Bir çox hallarda məhsullara qarşı yaranan neqativ tələbata alıcıların məhsul və xidmətlər haqqında informasiya qıtlıqları da səbəb olan amillərin başında gəlir. Alıcılar ya bazara buraxılan məhsulların haqqında məlumatsızdırlar, ya da onlar məhsulların təyinatı haqqında heç nə bilmirlər. Birinci səbəbi reklamın gücü ilə aradan qaldırmaq rahatdır. İkinci halda isə məsələ bir qədər qəlizləşə bilər. Bu halın aradan qaldırılmasında isə müxtəlif marketinq aksiyalarından istifadə etmək olar. Ən əsası isə PR alətlərindən peşəkarlıqla istifadə etmək lazımdır. Ancaq belə olduğu halda alıcılarda məhsula qarşı neqativ tələbatın qarşısını almaq mümkün olar.

Sizin marketinq bələdçiniz…

(235 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here