“BUTAM” çay brendinin fəlsəfəsi

0
268

«BUTAM» 2016-cı ildə qurulmuş yerli çay brendidir. Brend tamamilə Herba Flora şirkətinə məxsus milli brenddir. Brendin qurulmasında məqsəd istehlakçıları təbii, dadlı, keyfiyyətli və faydalı çay ilə tanış etməkdir. «BUTAM» brendi altında istehsal olunan təbii və ləzzətli çaylar vasitəsi ilə təbiətdən gələn dad və tamları hiss etmək və yaşamaq mümkün olacaqdır. Ona görə ki, «BUTAM» çay brendi dörd əsas  ana təməl üzərində qurulmuşdur.

  • Keyfiyyət
  • Dad
  • Təbii
  • Faydalı

DAD və TAM

Bir çox faktorlar vardır ki, «BUTAM» çaylarının dadında, keyfiyyətində və ətirində hiss edilir. Bura əsasən çay kollarının yetişdiyi torpaq, iqlim, çay yarpaqlarının ölçüləri, emal prosesləri zamanı istifadə olunan ənənəvi texnologiyalar da daxildir. «BUTAM» çaylarının istehsalı zamanı Şri Lanka (Seylon) adasından idxal olunan, həm  Astara, həm də ölkəmizin fərqli bölgələrindən gətirilmiş, müxtəlif növ təbii bitki və çay xammallarının qarışığından istifadə olunur ki, bu da çayın dadına, tamına xoş ətirli təsirini göstərir. Çaylarımızın dadlı olmasının əsas səbəblərindən biri də müxtəlif təbii ədviyyatların və təbii bitkilərin istehsal zamanı qara çaya qatılmasıdır. Bunlar darçın, kəklikotu, mixək, cökə çiçəyi, məkkə çiçəyi, Naxçıvan dağ nanəsi, zəncəfil kimi təbii məhsullardır. Məqsədimiz, istehlakçılarımıza və xüsusilədə çay sevərlərə xoş və zövqlü anlar yaşatmaqdır.

KEYFİYYƏT

İstənilən çayın keyfiyyəti onun vətənindən başlayır. Çayın vətəni dedikdə, yetişdiyi plantasiyalar nəzərdə tutulur. «BUTAM» çayları üçün lazım olan xammallar fabrikə gətirilərək bir neçə mərhələdən ibarət emal – istehsal prosesinə başlanılır. Emal – istehsal prosesi zamanı ənənəvi çay emalı texnolgiyalarına əməl edilərək, çay məhsullarının keyfiyyəti maksimum dərəcədə qorunub saxlanılır. İstehsal prosesləri zamanı heç bir kimyəvi qatqıdan istifadə olunmur ki, bu da «BUTAM» çaylarının keyfiyyətini artırır. Məqsədimiz iki müxtəlif iqlimlərdə yetişmiş çay yarpaqlarının qarışığından istifadə edərək, yüksək keyfiyyətli və dadlı çay məhsullarını sevimli istehlakçılarımıza təqdim etməkdir. «BUTAM» çay məhsullarının istehsalı zamanı ənənəvi çay istehsalı texnologiyalarından istifadə edərək, ərsəyə gətirilən çay məhsullarımızın keyfiyyət və dad kimi xüsusiyyətlərini özündə qoruyub saxlamağa nail olmaqdır. Paralel olaraq mütəxəsislərimiz, çay növlərimizin keyfiyyətinin təkmilləşdirməsi üzərində də durmadan çalışırlar.

TƏBİİ və EKOLOJİ TƏMİZ MƏHSUL

«BUTAM» çay məhsullarının istehsalı zamanı istifadə edilən çay yarpaqları həm təbiidir və həm də ekoloji baxımdan da təmizdir. Bunun ən başlıca səbəbi odur ki, «BUTAM» çaylarının istehsalında istifadə olunan çay yarpaqları, keyfiyyətli çay kolları ekoloji təmiz torpaqlarda yetişir. Elə buna görə də istehsal və həm də texnoloji proseslər zamanı hər hansı bir kimyəvi qatqılardan istifadə edilmir. Bir istehsalçı fabrik kimi çay məhsullarımızın təbii və ekoloji təmizliyi tərəfimizdən maksimum dərəcədə qorunub saxlanılır.

FAYDALI

Xoş ətrə və dada malik «BUTAM» çaylarının faydalarını saymaqla bitməz. Belə ki, çaylarımızın əksəriyyətinin tərkibində çoxlu mikroelementlər, vitaminlər vardır. Çaylarımız orqanizmə tonuslandırıcı və sakitləşdirici təsir göstərir. Bunlardan başqa «BUTAM» çay növləri arasındabir neçə növ təbii yaşıl çaylarımız da vardır ki, bu çaylar vasitəsi ilə ümumi həyat fəaliyyətinin güclənməsi, susuzluğun aradan qalxması və yüksək əhvalın yaranması üçün çox faydalıdırlar.

(471 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here