Maharacanın qisası və insanlıq tarixinin ən bahalı zibil daşıyan avtomobilləri

0
70

1920-ci ildə Hindistanın Alvar vilayətinin Maharacası Savay Cay Sinqh Bahadura Lonodona səfəri zamanı əfsanəvi Rolls Royce avtosalonlarından birini ziyarət etmək qərarına gəlir. Bu dəfə çox sadə geyimdə, heç bir qulluqçusu və mühafizəçisi olmadan Bond Street küçəsində yerləşən avtosalonlardan birinə qiymətləri, xarakteristikaları öyrənmək üçün daxil olur. Geyiminə görə Maharacanı kasıb hindli hesab edən satış meneceri maharacanı təhqir edərək avtosalonu tərk etməsi üçün ona çıxışı göstərir. Təhqirə məruz qalan Maharaca son dərəcə müdrik biri olduğu üçün özünü tanıtmır. Belə bir alçaldıcı rəftardan sonra Maharaca qaldığı hotelə qayıdır. Elə həmin gün Rolls Royce avto salonunu ziyarət etmək üçün öz qulluqçularına göstəriş verir.  Bir neçə saatdan sonra Maharaca öz cah – cəlallı geyimində və qulluqçularının müşayətində təhqir olunduğu Rolls Royce avtosalonuna gəlir. Salonun girişində qulluqçular Maharacanın ayaqqabıları çirklənməsin deyə ayaqları altına qırmızı xalı düzürlər və Maharaca belə bir şəkildə avtosalona daxil olur. Bütün salon heyəti Maharacaya xidmət üçün az qala növbəyə dururlar. Maharaca avtosalonda olan 6 Rolls Royce-un hamısını alır. O hətta avtomobillərin Hindistana çatdırılması xərclərini tam ödəyərək salonu tərk edir. Elə nə baş verirsə bundan sonra baş verir. Belə ki, Maharaca Hindistana qayıtdıqdan sonra aldığı 6 Rolls Royce-un hamısını şəhər bələdiyyəsinə verir və bu maşınlarda həm zibil daşınmasını və şəhər küçələrinin təmizlənməsində istifadə edilməsi göstərişini verir. Zamanında dünyanın bir nömrə avtomobili olan Rolls Royce-un Hindistanda zibil maşını kimi istifadə edildiyi xəbəri bir müddət sonra bütün dünyaya yayılır. Yayılan xəbərlər Rolls Royce-un elit təbəqə arasında reputasiyasına və satışlarına öz mənfi təsirlərini göstərir və şirkətin gəlirləri kəskin şəkildə azalmağa başlayır. Durumu araşdıran Rolls Royce tərəfi məsələnin əsas səbəbini anladıqdan sonra, rəsmi teleqram vuraraq Maharacadan üzr istəyirlər və avtomobillərdən zibil daşınmasında və şəhər zibillərinin təmizlənməsinin durdurulmasını xahiş edirlər. Üzrhaqlıqdan sonra pulsuz olaraq Savay Cay Sinqh Bahadura 6 yeni Rolls Royce da hədiyyə verilir. Müdrik Maharaca Rolls Royce tərəfinin hadisədən nəticə çıxartdığını gördükdən sonra avtomobillərdən zibil maşını kimi istifadə olunmasına qadağa qoyur və Maharacanın qisas missiyası beləcə başa çatır. Bu hadisə tək Rolls Royce üçün yox, həm də bir çox şirkətlər üçün böyük dərs olmuşdur. Ona görə də satış təmsilçilərinin, satış menecerlərinin buraxmış olduqları yanlışları ucbatından həm şirkətin və həm də brendin imicinə necə mənfi təsir edəcəyini bu hadisə bizə açıq şəkildə göstərir. Ona görə də mütləq qaydada satış mütəxəsislərinin prosesləri tam idarə edə bilmələri üçün onları davamlı olaraq yetişdirmək lazımdır. “Geyimə görə qəbul et, ağılına görə yola sal” təfəkkürü ilə biznesləri məhv etmək çox sadəlöhvlükdür. Hər birinizə Maharaca kimi müştəri arzulayıram….

 

 

 

(146 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here