New York şəhərində ər satılan mağaza

0
256

New York şəhərində maraqlı bir test həyata keçirilir. Testi olduğu kimi sizə təqdim edirəm. Buyurun tanış olun. Ancaq çalışın bloqpostu diqqətlə, düşünərək və başa düşərək oxuyun. Bloqpost daha çox öz maraq dairəsini hələ də müəyyən etməyən və yaxud müəyyən etməkdə çətinlik çəkən, satışla məşğul olan dostlar üçün daha faydalı ola bilər. Keçək mətləbə, yəni ərlərin satıldığı mağazaya.

Mağaza 5 mərtəbədən ibarətdir və hər bir mərtəbədə satılan ərin qiyməti dəyişir. Yəni mərtəbə artdıqca ərin qiyməti də artır.

Bunun üçün 3 qayda vardır:

  1. Əgər qadın bir mərtəbə qalxıbsa, əvvəlki mərtəbəyə geri düşə bilməz.
  2. Qadın seçim edibsə, ərin geri iadəsi və ya dəyişilməsi qadağandır.
  3. Bu mağazanı qadın ömründə cəmi bir dəfə ziyarət edə bilər. Yəni ikinci şansı yoxdur.

Günlərin birində bir xanım ərlərin satıldığı mağazaya daxil olaraq ər almaq qərarına gəlir.

Birinci mərtəbədə tabloda yazılanlar: “Bu mərtəbədə yaxşı pul qazanan və özünə yaxşı baxan kişilər satılır.”

Qadın: “Nə yaxşı deyib, ikinci mərtəbəyə qalxır.”

İkinci mərtəbədə tabloda yazılanlar: “Bu mərtəbədə yaxşı pul qazanan və özünə yaxşı baxan və uşaqları sevən kişilər satılır.”

Qadın: “ Super! Bu ki, əladır.” Deyir və qalxır 3-cü mərtəbəyə.

Üçüncü mərtəbədə tabloda yazılanlar: “Bu mərtəbədə yaxşı pul qazanan, özünə yaxşı baxan, uşaqları sevən və ev işlərində kömək etməyi sevən kişilər satılır.”

Qadın: “ Ooo! Bu ki, ideal ər ola bilər, qadına başqa nə lazım ola bilər?” Deyir və böyük maraqla qalxır 4-cü mərtəbəyə.

Dördüncü mərtəbədə tabloda yazılanlar: “Bu mərtəbədə yaxşı pul qazanan, özünə yaxşı baxan, uşaqları sevən, ev işlərində kömək edən və eyni zamanda da romantik olan kişilər satılır.”

Qadın: “ Bu ki, əladır. Mən bu mərtəbədən bir ər almalıyam.” Ancaq bir qədər düşündükdən sonra və həm də marağından dolayı, 5-ci mərtəbəyə qalxmaq qərarına gəlir.”

Beşinci mərtəbədə tabloda yazılanlar: “Üzr istəyirik bu mərtəbədə ər satılmır. Siz – 1.965.784-cü ziyarətçi qadınsınız. Siz də daxil olmaqla bu mağazadan alış edərək əli dolu çıxan qadın hələki qeydə alınmamışdır.”

Əslində məqalə faydalı məlumatlarla zəngindir. Ona görə ki, bu sınağı amerikalı psixoloqlar həyata keçirtmişlər və testin aparılmasında da məqsəd qadınların maraq dairələrinin sərhədlərini müəyyən etmək olub. Məqalədən də göründüyü kimi qadınların maraq daiərələri sərhədsizdir və elə bu sərhədsizliyin ucbatından da bu qədər qadın mağazadan əliboş çıxıblar. Kimisinə görə bu bloqpost gülməli görünə bilər. Ancaq belə sınaqlar onu göstərir ki, biz maraq dairəmizi müəyyən çərçivələrə salmasaq və ya sala bilməsək, tutduğumuz hər bir iş nəticəsiz qala bilər. Bu həm də bizim hazırladığımız marketinq və satış strategiyalarımıza da aid edilə bilər. Dəfələrlə olub ki, şirkətlər illik marketinq planlar və satış strategiyaları hazırlayırlar və əksər hallarda ilin sonunda nəticələr heç də ürək açan olmur. Deməli biz hədəf kütlələrimiz üzərində kifayət qədər işlər aparmırıq. Nəticə isə göz qabağında. Maraq dairəsi daha çox nəfsin idarə olunmasına gəlib çıxır. İnsan oğlu nə qədər nəfsindən asılı olursa da probelmləri də bir o qədər çox olur və yaxud başına gəlməyən hadisə qalmır və sonda da özünü bəxtiqara, bədbəxt adlandıraraq hər şeydən və hər kəsdən şikayət edərək, uğursuzluğunda ətrafındakıları və yaşadığı cəmiyyəri günahlandırır. Odur ki, hər birinizə maraq dairənizi nəfslə deyil, ağılla idarə etməyi arzulayıram.

(292 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here