Satış mütəxəsislərinə xas olan təbiətlər. Bəs sizə xas olanı hansıdır?

0
51
Sales Manager Jobs in Newspaper. Job Seeking Concept.

Bu yaxınlarda maraqlı bir görüşdə oldum və görüş zamanı müşahidə etdiklərimdən belə qənaətə gəldim ki, şirkət sahiblərinin əksəriyyəti və satış departamentinin fəaliyyətindən məsul olanların əksəriyyəti və eləcə də insan resursları departamentinin əməkdaşları satış şöbəsində çalışanların hansı təbiətə malik olduqlarını bilmirlər və ya ümumiyyətlə tanımaqda çətinlik çəkirlər. Əksər zamanlarda bu tip görüşlərdə iştirak etdiyim zaman ənənəvi qaydada satış şöbəsinin əməkdaşlarından şikayətlər olur. Satış personalında problem ola bilər və yaxud bu qaçılmaz bir prosesdir. Bir qədər ədalət prizmasından baxmalı olsaq, heç də satışların düşməsində bir başa satıcılar səbəb deyillər deyə bilərəm. Adətən satıcıları hansı kriteriyalarla işə alırıq? Əksər hallarda təcrübəli olanları, elə deyil? Mən hesab edirəm ki, təcrübəli satıcı anlayışından qaçmaq lazımdır. Belə ki, satıcı təcrübəli ola bilər buna söz yox. Bəs satıcının təbiətində mövcud olan xassiyyətləri kim müəyyən etməlidir? Adam konfliktlidirmi? Xoş xasiyyətdirmi? Problem yaradandırmı? Yoxsa problemləri həll edəndirmi? Ünsiyyətçildirmi? Adamın psixoloji durumu nə yerdədi? O ailəsindəki problemləri iş yerinə gətiririmi? əslində sualları çox uzatmaq olar. Mənə görə gözəl fiqurası olan xanım, xarici görünüşündə qüsur olmayan satış meneceri və yaxud satıcı heç də problemin həlli demək deyil. Sadəcə olaraq satışların düşməsinə başqa faktorlarında təsir etdiyinə diqqətinizi çəkmək istədim. Yəni satışlarımız məhsul keyfiyyətsizdir deyə düşmür. Satışlarımızın düşməsinə keyfiyyətsiz xidmətlər də səbəb ola bilər. Keyfiyyətsiz xidmətin arxasında isə sizi, şirkətinizi və məhsulunuzu sevməyən və zamanında fərdi keyfiyyətlərinə diqqət etmədiyiniz satış personalı durur. Qısa bir araşdırma apardım və rusiyalı mütəxəsislərin bu barədə maraqlı bir mövzuları ilə tanış oldum və onların qənaətinə görə satıcıları təbiətlərinə görə aşağıdakı tiplərə bölürlər. Buyurun tanış olun.

İşgüzar

  • Hər zaman tələb olunandan daha artıq iş görən
  • Asanlıqla məğlub olmur
  • Özünün daxili motivasiyası var
  • İnkişafa meyillidir

 Çempion

  • Hadisələrə başqalarından fərqli baxışı var
  • Müştərilərin bizneslərindən baş çıxardır
  • Mübahisə etməyi sevir
  • Müştərini qərar verməyə hazırlaya bilir

 Əlaqələr quran

  • Müştərilərin şirkətlərində özünə tərəfdaş tapa bilir
  • Başqalarına yardım etmək üçün öz vaxtına diqqət etmir
  • Hər kəslə əlaqələri qurmağı bacarır

 Tənha canavar

  • Prosesləri instinktiv idarə edir
  • Özünə əmindir
  • Tabeçilik məsələlərində çətinlikləri var, tabe olmaq tənha canavarın təbiətinə uyğun deyil

 Problemləri həll edən

  • Etibarlıdır
  • Problemlərin həlli üçün bütün güc və imkanlarını səfərbər edir
  • Vicdanlı və mərhəmətlidir

Qısa da olsa bloqpostu oxuduqdan öz təbiətinizi müəyyən edə bildiyinizə və yaxud ən qısa zamanda bu barədə düşünməli olacağınıza əminəm. Faydalı olması ümidi ilə…

 

(81 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here