Bir çoxlarımız çay dəmləməyin asan bir iş olduğu qənaətindəyik. Əslində isə çay dəmləmək böyük ustalıq tələb edir. Çay dəmləməyin sirrlərini bilmədən ən yüksək keyfiyyətli çay sortlarını belə korlamaq olar. Çay ümumiyyətlə dünyada ən dadlı, ən ətirli və ən faydalı içki hesab edilir. Dünyada ən dadlı və ləzzətli çayları dəmləmə bacarığı ingilislərə aiddir. Onu da qeyd edim ki, ingilislər dünyada ən çox çay istehlak edən xalqlar arasında öndə olanlardandır. Bu bloqpostda sizin “BUTAM” dəmləmə çayları və dəmləmə qaydaları haqqında da məlumatınız olacaqdır. 2016-cı ilin Dekabr ayından Azərbaycan istehlakçıları həm yeni və həm də yerli çay brendi ilə tanış oldular. İstehsalçı şirkət isə bir çoxlarının güvənini qazanmış Herba Flora şirkətidir. Çaylarımız tam təbii çaylardır. Yəni tərkibində heç bir qatqıdan və rəngləyici maddələrdən istifadə edilmir. “BUTAM” brendi altında istehsal edilən çayları istehlak etməklə orqanizmizin qeydinə qalmış olarsınız. Necə deyərlər, ailənizin və özünüzün canına faydalı olacaq çay axtarırsınızsa onda “BUTAM” çayları sizə ən uyğun olanıdır. Çayı çox sevən xalq olaraq, dəmləmə çay növlərinin qida rasiyonumuzda xüsusi yer tutduğuna görə qərara gəldik ki, ən qısa zamanda istehlakçılarımıza dəmləmə çayları da təklif edək. Ümidvaram ki, “BUTAM” dəmləmə çayları bir çox mətbəxin bəzəyi olacaqdır. Artıq dəmləmə çaylarımızı şəhərimizin bir çox supermarketlərindən əldə edə bilərsiniz. Araz marketlər, Favoritlər, Rahat marketlər, Sarı marketlər, Ayxan marketlər və s. yerlərdən əldə etmək olar. “BUTAM”  dəmləmə çaylarımızın portfeli əsasən 4 qara qarışıq çay və 3 qarışıq yaşıl çay növlərindən ibarətdir.

“BUTAM” qarışıq qara çaylarımız – Qara çay və kəklik otu, qara çay və nanə, qara çay və darçın, qara çay mixəklə.

“BUTAM” qarışıq yaşıl çaylarımız – Yaşıl çay, darçın və mixək, yaşıl çay, darçın və nanə, yaşıl çay mixəklə.

Ümidvarıq ki, sevimli istehlakçılarımız “BUTAM” dəmləmə çaylarını istehlak etməkdən məmnun qalacaqlar.

Çay dəmləmək

Qeyd etdiyim kimi nədənsə bizə elə gəlir ki, çay dəmləmək çox asan işdir. Çay dəmləmək asan görünsə də, bəzi dəmləmə qaydaları vardır. Buna əməl olunmazsa dəmlənən çay ətirsiz və dadsız alınacaqdır. Gündəlik həyatımızın sıx tempindən və stressindən uzaq olmaq üçün içdiyimiz bir stəkan çay imtina edilməyən içkilərinizin arasındadırsa onda bu qaydaları bilməkdə fayda var! Çayı quru, hava almaz bir qabda saxlayın. Ədviyyatlardan və iti qoxulu yeməklərdən uzaq tutmasanız çay tez xarab ola bilər. Hər şeydən öncə çay seçimində diqqətli olmaq lazımdır. Keyfiyyətli çay istəyirsinizsə, keyfiyyətlisini də alacaqsınız! Qiyməti bir qədər baha olsa da, əsl təbii çaylar bir başqadır və o zaman ucuzlu, sadəcə rəngdən ibarət olan çayla təbii çay arasındakı fərqi dəmlədiyiniz an daha tez hiss edəcəksiniz. Keyfiyyətli dəmin alınmasındakı digər faktor isə sudur: çay dəmləməsi zamanı seçilmiş suyun təmiz və keyfiyyətli olması olduqca önəmlidir. Cod və kirəcli sudan uzaq olun. Çirkli, bulanıq və adi kran suyu ilə hazırlanan çay, dadlı və ətirli olmur. Başqa bir tərəfdənsə dəm çaydanının də düzgün seçilməsi əsas şərtlərdəndir. Dəmir, metal çayniklərdən istifadə etmək tövsiyə olunmur. Ən ideal dəmlik çini materialdan olanıdır. Yəni farfor dəm çaydanı. Quru çayın üzərinə heç bir halda poqquldayan qaynar su tökməyin. Çaydan qaynadısa, gözləmək lazımdır. Köpüklənmə dayanandan 1-2 dəqiqə sonra suyun temperaturu təxminən 75° olur. Ancaq bu zaman suyu quru çayın üzərinə tökmək olar.

Qara çayın dəmlənmə qaydası – 1 çay qaşığı quru çayın üzərinə 200 ml. 75° olan su tökürük və 4-7 dəqiqə dəmləyirik.

Yaşıl çay – 1 çay qaşığı quru çayın üzərinə 200 ml. 80° temperaturda olan su tökürük və 5-7 dəqiqə dəmləyirik.

Çay dəmləndikdən 2 dəqiqə sonra içilərsə, sakitləşdirici təsir bağışlayar. 5 dəqiqə sonra içilərsə, oyadıcı, 6 dəqiqə sonra içildikdə isə artıq sadəcə ləzzətli bir içki hesab olunur. Təzə dəm çay ilk 15 dəqiqə ərzində içilməlidir, daha sonra onun bütün faydalı xüsusiyyətləri itir, 7-8 saatdan sonra isə artıq dəm zərərli maddələr ifraz edərək orqanizm üçün təhlükə törədə bilər. Ona görə köhnə dəmi içməyinizi məsləhət bilmirik. Çay dəmləyərkən dəmliyi əvvəlcədən qızdırın. Çünki sonradan qızdırılmış dəmlikdə temperatur itkisi baş verir və bu çayın keyfiyyətinin itməsinə səbəb olur. “Çay nə qədər çox dəmlənsə, dadı bir o qədər yaxşı olar” fikirindənsə nə qədər uzaq dursanız bir o qədər yaxşıdır. Əksinə, çayı çox dəmlədikdə içindəki bəzi maddələrin tərkibi dəyişir. Və bu da özünü çayın dadında da hiss etdirir. Çayınıza xüsusi dad və iy vermək üçün çay qabına bir qədər limon, portağal və ya alma qabığı ata bilərsiniz. Bitki çaylarını da adi çay kimi dəmləyə bilərsiniz.

Gəlin elə edək ki, gələn qonaqlarımız bizim çayın dadından, ətrindən və ləzzətindən uzun müddət danışsınlar.

(296 dəfə baxılıb)