“Siz sadəcə irəliyə baxaraq nöqtələri birləşdirə bilməzsiniz. Ancaq geriyə nəzər salmaqla buna nail ola bilərsiniz.” Stiv Cobs.

Şəxsən mən də belə düşünürəm. Keçmişi bilmək gələcəkdə daha sağlam işlərin görülməsi üçün olduqca önəmlidir. Marketinq sahəsində də bizneslərin keçmişinə dair məlumatların olması hər bir marketinq mütəxəsisi üçün faydalıdır. Qərara gəldim ki, bir çoxlarımızın sevimlisi olan idman ayaqqabılarının formalaşdığı mərhələlər haqqında qısa bir bloqpost yazım. Özünüz oxuduqdan sonra şahidi olacaqsınız ki, adi bir yanaşma müasir dövrdə necə böyük bizneslərin qurulmasına səbəb olmuşdur.  Belə ki, 1880-ci ildə London polisləri üçün tarixdə ilk dəfə olaraq rezin altlıqlı ayaqqabılar istehsal edilir. Səbəb isə çox sadədir. Rezin altlıqlı ayaqqıblarla cinayətkarları qovub tutmaq daha asan idi. Bu hadisə idman sahəsinə də təsirsiz ötüşmədi. Belə ki, həmin dövrlərdə idmançıların yarışlara adi dəri ayaqqabılarla qoşulmaları rezin altlıqlı ayaqqabılara tələbatı artırdı. Zamanla idman ayaqqabı assortimentləri o qədər genişləndi ki, bu ayaqqabılar artıq idmandan kənar vaxtlarda da geyinilməyə başladı. İlk dəfə olaraq 1992-ci ildə “PRADA” italya brendi idman ayaqqabılarını (krossovkaları) moda nümayişlərində təqdim etmişdir.

Onun ardınca isə “FENDİ” moda evi, qadınlara kedin formasını təkrar edən tufli təklif edib. Belə bir təklif ən qısa zamanda qadınlar arasında çox populyarlıq qazanmışdır. Yaponiyalı avanqard dizayner Yohji Yamamoto ilə ADİDAS – ın dueti xüsusilə yadda qalan olub. Onlar xrizantemalarla bəzənən ipəkdən krossovkalar və krossovka çəkmələr yaradıblar. Hadisələrə fərqli yanaşaraq öz məhsullarına qarşı kütləvi tələbat yaratmağa nail ola biliblər. Məncə S.Cobsun fikirləri qlobal brendlərin inkişaf mərhələlərində özünü ciddi mənada hiss etdirir. Kişinin dediklərinə qulaq assaq yaxşı olardı deyə fikirləşirəm. Göründüyü kimi tarixdə baş vermiş önəmli hadisələri doğru dəyərləndirəndə şirkətlər öz işlərində ciddi nailiyyətlər əldə edə bilirlər. Fotolarda Fendi, Prada və Yohjinin gördükləri işlərdir. Ötən əsrin 70-ci illərində  okeanın o tayında ” Converse” firmasının rahat parusin (qalın kətan parça) tufliləri isə bütün Amerikada populyarlıq qazanmışdır.

(61 dəfə baxılıb)