Müştəri temperamentinin alışlara təsir etdiyini bilirdiniz?

0
28

Şüurlu varlıq olduğumuza görə evimiz hesab olunan planetdə demək olar ki, qarşımıza çıxa biləcək ikinci bir canlı yoxdur. Həqiqətən də şüur çox böyük nemətdir. Bu nemətin dəyərini və gücünü dərk edənlər isə bundan şüuruna görə güclü hesab olunan insanlara qarşı ən effektiv marketinq və satış metodlarından istifadə edərək hədəfdə olanları tələyə salır və onlarla istədiyi kimi davrana bilirlər desəm yalan olmazdı. Bu dəfəki bloqpostumda sizə müştərilərin şüuraltı temperamentinin alışa təsir edən cəhətlərin haqqında məlumat verməyə çalışacam. Təbii ki, burada cinsi temperamentdən yox, insanları alış etməyə sövq edən müştəri psixotipindən yazmışam. Əslində bu müştəri tipologiyası hər birimizdə vardır. Həmçinin Famil Alməmmədovda da. Bloqpostu oxuduqdan sonra çalışın özünüzün psixotipinizi müəyyən edəsiniz. Qısası özünüzü müştəri psixotipinə görə dəyərləndirin. Keçək tiplərə: Soyuq müştəri – Cari vəziyyətdə bu müştərilərə məhsul (xidmət) almaq lazım deyil. Onlara təklif olunan hər məhsul və xidmətə qarşı çox laqeyddirlər. Müştəri tipləri arasında ən çətin olanlarıdır. Bu tip müştərilərə heç nə bəyəndirmək olmur. Ona görə də onlarla ehtiyyatlı davranılmalıdır. Əks halda satışa cəhdlər boşa çıxacaqdır. İsti müştərilər – Bu növə aid olan müştərilər məhsul almaq və ya xidmətlərdən yararlanmaq istəyir, ancaq hələlik onun ya pulu yoxdur, ya da almaq istədiyi məhsulu tapa bilmir. Qızğın müştərilər – Onların nağd pulları var və onlar nə almalı olduqlarını yaxşı bilirlər. Bu növ müştərilər elə həmin gün alış etmək istəyirlər.Marketoloqların və satış mütəxəsislərinin vəzifəsi ondan ibarətdir ki, soyuq müştəriləri əvvəlcə isti müştəriyə, sonra da qaynar müştəriyə çevirsinlər. Buna nail ola biləsələr bu tipdən olan müştərilər həmin satıcıların loyal müştəriləri siyahısına düşürlər.

Bəs buna necə nail olmaq olar?

Satışda belə bir termin var “toxunuş”. Məhz bu satış metodu toxunuşlarla marketoloqlar və satıcılar öz müştərilərinə “toxunuş” edərək onları qazana bilərlər. Bəs “satışda toxunuş” nə deməkdir?

Toxunuş kanalları:

  1. Yeniliklər haqqında müştərilərə məlumatların verilməsi (yeni məhsul və xidmətlər haqqında məlumatlar və s.);
  2. Endirimlər haqqında məlumatların verilməsi (VİP müştərilər xaric);
  3. Qapalı endirimlər haqqında məlumatların verilməsi ( Ancaq VİP müştərilər üçün);
  4. Ad günləri və xüsusi günlər üçün təbrik məktubları və zərf içərisində əlavə endirim üçün kartın göndərilməsi;
  5. Dövlət əhəmiyyətli bayram günləri münasibəti ilə də təbrik məktublarının yollanması;

Beləliklə də davamlı olaraq özünün marketinq və satış strategiyasında “satış toxunuşlarından” davamlı istifadə etməklə soyuq və isti müştəriləri, qaynar müştəriyə çevirə bilmək üçün əla fürsətdir.

(90 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here