Bu yaxınlarda sloqanın  brendlə istehlakçı arasında kommunikasiyaların yaranmasına təsirlərindən yazılan maraqlı bir məqalə oxudum və qərara gəldim ki, bu məsələ ilə bağlı yerli bazarda mövcud olan brendlərlə maraqlanım. Ümumiyyətlə qlobal brendlərin inkişaf mərhələlərinə diqqət yetirməkdə marketoloqlar üçün bir çox faydalar vardır. Elə buna görə də mən davamlı olaraq qlobal brendlərin inkişaf mərhələlərini və tarixini çox yaxından izləyirəm. Sizə bir sirr də aça bilərəm. Bir neçə il əvvəl mən özüm qurmuş olduğum brendlərdən birinin qurulmasında Head&Shoulders şampunlarının strategiyasından istifadə etmişəm və tutub da. Qısası qlobal brendlərin tarixini bilmək gördüyümüz işlərin sabahı üçün çox önəmli ola bilər.  Brend yerli olmasa da, tapa bildim. Bilmirəm təsadüf oldu yoxsa təsadüf olmadı, facebook`da Marketinq Azərbaycan qrupunda sual formasında olan maraqlı bir post oxudum. Postu paylaşan şəxs belə bir sualla qrup iştirakçılarına müraciət etmişdi. Sualı olduğu kimi yazıram. “Mənə biri izah etsin görüm Samsung J5 üçün hər kəsin metal sloqanı ilə nə demək istəyir?” https://www.facebook.com/photo.php?  Düzü mənə də çox maraqlı gəldi. Necə yəni hər kəsin metalı? Bu sualın cavabını bloqpostun sonunda yazacam. Elə buna görə də bloqpostun adını da elə bu sualla yazdım. Bu bir yandan maraqlı gəldi, başqa bir tərəfdənsə

tanıdığım dostlardan biri Novruz Rüstəmov Facebookda maraqlı bir post paylaşmışdı. Postun məzmununu olduğu kimi sizinlə paylaşıram. Novruz bəy deyir ki: “Əgər Samsung Marketing Komandasının üzvü olsaydım, Juventus ilə iş birliyi görərdim. Juventus hal-hazırda “J” kultunun yaradılması üzərində işləyir. https://www.facebook.com/photo.php? Samsung da “J” seriyalı telefon çeşidlərini eksklyuziv olaraq, yeni Juventusun stilində hazırlaya bilər. Yəni telefonda hər şey by default olaraq Juventus ilə bağlı olacaq və şriftindən tutmuş korpusuna kimi Juventusun yeni marka üslubunu xatırladacaq. Bununla da Samsung da satış baxımından qazanmış olardı və Juventus futbol klubunun azarkeşləri də Samsung-un marka vəkillərinə çevrilərdi. Görün, nə boyda potensial loyal istifadəçi ordusu yarana bilərdi.
Amma belə görünür ki, onlarda da gündəmi izləyib fürsətləri görən bazaradamları yoxdur”. Əslində idea mənə çox maraqlı gəldi. Həm də yerli bazarda praktiki olaraq axtardığım məsələlər ard arda üzə çıxırdı. Mən özüm futbol həvəskarı olmasam da 2005 – ci ildən Samsung telefonlarının istifadəçisiyəm. Hazırda da Note4 işlədirəm və çox razıyam. Novruzun postu mənə futbolu sevən biri kimi yox, sadəcə Samsung istifadəçisi olaraq J5-lə tanış olmaq arzusunu yaratdı. Tanışda oldum. Qiymətləndirməmi isə bir istehlakçı kimi yox, bir marketoloq kimi apardım. Deməli, telefonun arxa hissəsi tam metaldandır. Smartfonu əlində tutduğun zaman onu tam hiss edə bilirsən, nə çox iridir, nə də ki, çox xırda. Tam ovucun ölüçüsünə uyğun və çox rahat bir mobil telefon. Satıcıya bir neçə sual verməklə telefonu istifadə etmədən də onun imkanlarını və gücünü təsvir etməyim elə də çətin olmadı. Kamerası ilə əla şəkillər çəkmək olar. Kamera demişkən selfi həvəskarları üçün məncə ən yaxşı telefonlardan biridir. Arxa və ön kameralar 13 meqapiksel. Gözünün qurdunu öldürənə qədər selfi çək.

Möhkəm şüşə ekranı ilə məncə telefonu əlindən tez – tez salanlara yaxşı dost olacaqdır. Həm də dual sim. Samsung Galaxy J5 –in başqa bir xüsusiyyəti isə korpusunun olduqca hamar olmasıdır. Həm də bu hamarlığı metal üzərində hiss etmək tam başqa bir hissdir. Həə, bax elə burada mən bu sloqanın cavabını tapmış oldum. Hər kəs üçün metal – deməli bu telefonların maraqlı özəlliklərindən biri də telefon seçimində xanımlar açıq çəhrayı, bəylər isə digər rəngli metal korpuslu telefonu əldə edə bilər. Yəni hər kəs öz sevimli rəngi ilə metal korpuslu telefona sahib ola bilər. Bu da sloqanın cavabı. Bunları yazmaqda fikirim və məqsədim nədir? Mənə tez – tez sual verirlər ki, brendinq nədir? Brend nədir? Bunun sadə açıqlaması yoxdurmu? Mənə görə brend anlayışını tam dərk edə bilmək üçün Samsung-un gördüyü işlərə diqqət etməkdə fayda vardır. Brend qurulanda öz istehlakçılarına bir vəd verir. Bu vədlər fərqli ola bilər – keyfiyyət, zəmanət, status və s. Məncə Samsung brendi öz vədinə əməl edən brendlərdəndir desəm yalan olmazdı. Məncə biz marketoloqların digər qlobal brendlərdən öyrənməli olduğumuz kimi Samsung brendindən öyrənməli olduğumuz hələ çox şeylər vardır. Quracağınız brendlərdə özünüzə yox, istehlakçılarınıza qarşı diqqətli olun. O halda görmüş olduğunuz işlərin bəhrəsini görəcək və ya dadacaqsınız.

Sizin marketinq bələdçiniz….

 

(180 dəfə baxılıb)