BUTAM: Sizcə çayı düzgün dəmləyirik?

0
208

Həyatımızın və istehlak rasionumuzun ayrılmaz hissəsinə çevrilmiş  çay ilk öncə Çinə, daha sonra isə bütün dünyaya yayılmışdır. Bu əsrarəngiz içki haqqında bir çox rəvayətlər, tarixi hadisələr qeydə alınmışdır. Artıq neçə vaxtdır ki, bazarda “BUTAM” çay brendini təmsil edirik və bu da bizi çay haqqında olan məlumatları araşdırmağa vadar edir. Hazırda çay sektorunda fəaliyyət göstərdiyim üçün, çayın dəmlənmə qaydaları haqqında kiçik bir məlumatı paylaşmaq qərarına gəldim. Çayın dəmlənməsi bir çoxları üçün ilk baxışdan  sadə görünsə də, böyük peşəkarlıq tələb edən bir prosesdir. Dəm çaydanından tutmuş, istifadə edilən suyun tərkibinədək. Ona görə ki, bütün bunlar hamısı çayın dadlı olmasına təsir göstərir. Elə buna görə də aşağıdakı şərtlərə əməl etsəniz, dəmlədiyiniz çayın ləzzəti hələ uzun müddət sizin və yaxınlarınızın damağında qalacaq:

 Su seçimi

Ləzzətli çayın dəmlənməsi üçün ən doğru seçim təbii bulaq suyudur. Ekspertlərə görə təbii bulaq suyunun tərkibindəki minerallar  çayın xoş ətirli olması üçün əvəzolunmaz mənbədir.  Bulaq suyu yoxdursa, onda təmizlənmiş sulardan istifadə edin. Ona görə ki, təmizlənmiş suların tərkibində çayın ətrinə və dadına təsir edən  zərərli maddələr olmur. Çay dəmlənməsində isti kran suyundan istifadə etmək orqanizm üçün ziyanlıdır. Ona görə ki, su kəmərlərinin daxilindəki zəhərli maddələr suyun tərkibinə çökür və tərkibindəki oksigeni yox edir. Klassik üslubla çay dəmləmək üçün işlədilən su qaynadılmalıdır. Çünki qaynama vaxtı suyun tərkibindəki ziyanlı mikrob və bakteriyalar ölür, bu da keyfiyyəti artırır. Belə olduğu halda suya tökülən çay yarpaqlarının xoş ətri tez yayılır və dəmlənmiş çay oksigenlə zəngin olur.

Dəm üçün temperatur həddi

Çayın dəmlənməsində istilik dərəcəsi də həlledici rol oynayır. Əgər fikirləşirsinizsə ki, istənilən çayın hazırlanmasında qaynar sudan istifadə edilməlidir, onda çox yanılırsınız. Ona görə ki, hər bir çay növü özünəməxsus tərkibə malikdir və onları müxtəlif temperatur həddində dəmləmək lazımdır. Məsələn yaşıl çay daha incə emal edildiyi üçün  ilıq suda dəmlənməli və ilıq halda içilməlidir. Qara çay isə ləzzətini üzə çıxartmaq üçün qaynar mütləq suda dəmlənməlidir.

 

 

Dəmləmə müddəti

İstilik dərəcəsi kimi, dəmlənmə müddəti də çay növünə görə dəyişir. Əgər yaşıl çay kimi incə yarpaqlılar qısa zaman kəsiyində dəmlənirsə, qara, fermentli və bir sıra digər növlərin hazırlanma müddəti daha uzun olur. Bu həmçinin müxtəlif cəmiyyətlərin mədəniyyətindən və şəxsi seçimdən asılıdır. Dəmləmənin müddəti haqqında təlimatlara çay növlərinə görə aşağıdakı cədvəldə nəzər sala bilərsiniz.

 Dəmlik çaydanın materialı 

İlk baxışdan əhəmiyyətsız görünsə də, çaydanın materialının da, çay dəmlənməsində böyük rolu var. Dəm çaydanı aldığınız zaman dəmlənəcək çayların növlərinı nəzərə almaq lazımdır. Məsələn dəmir çaydan mayeni uzun müddət isti saxlamaq keyfiyyəti sayəsində, yüksək temperaturda dəmlənən çaylar üçün ideal seçimdir. Bu siyahıya  əsasən qara çay daxildir.  Yaşıl, ağ və digər zəif temperaturda dəmlənən çayları isə çini və şüşə materiallı dəm çaydanlarında hazırlamaq doğrudur. Beləcə çayın ləzzəti və ətiri xoş və ürəyinizcə olacaq.

ÜMUMİ TƏLİMATLATLAR

Сədvəldə çayların növünə görə dəmlənmə müddəti, suyun temperaturu, dəmliyin materialı seçimləri haqda ətraflı göstərişlər qeyd olunub.

ÇAYIN NÖVLƏRİ MİQDARI DƏMLƏNMƏ MÜDDƏTİ  SUYUN İSTİLİK DƏRƏCƏSİ ÇAYDANIN MATERİALI
2-3 ç/q 3 dəqiqə 80° – 85° C Şüşə, çini
YAŞIL
yapon (buxarda hazırlanan)
çin
 

1-2 ç/q
2  ç/q

 

1-2 dəqiqə
2-3 dəqiqə

 

70° – 80° C
80° – 85° C

 

Şüşə, saxsı

Şüşə, çini

UZUN yarpaqlı

Açıq (yaşıl)
Qalın (tünd)

 

2-3 ç/q
2-3 ç/q

 

2-3 dəqiqə
3 dəqiqə

 

85° – 95° C
95° C

 

Çini,gil
gil

Qara

Xırda yarpaqlı
Tam yarpaqlı

 

1-2 ç/q
1-2 ç/q

 

2-3 dəqiqə
3-5 dəqiqə

 

95° C
95° C

 

çini
çini

PU-ERH (Fermentli) 1-2 ç/q 3 dəqiqə 100° C gil
Bitki Çayları 1-2 ç/q 3 dəqiqə 100° C Şüşə,çini

 

Əgər təbii və keyfiyyətli çay dəmləmək istəyirsinizsə və gələn qonaqlarınızın sizin dəmlədiyiniz çaylardan uzun müddət danışmalarını arzulayırsınızsa, onda zəngin “BUTAM” çay kolleksiyasından yararlanın və dadlı, ətirli təbii ləzzətli çayın dadından həzz alın.

“BUTAM” çay – Təbii çay ləzzəti!…

(174 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here