Siz brend deyilsinizsə, siz bir heçsiniz…

0
44

Məni yaxından tanıyan dostlar, tanışlar yaxşı bilirlər ki, marketinq və satışla əlaqəli keçmişimin 4 ili mebel sektorunun payına düşür. Bu 4 il ərzində (Santral Dizayn qalereyası, Həyat mebel, Belux mebel, Kral mebel, İtaldizayn və s.) kimi mebel şirkətlərində fəaliyyətim olub. Sıravi satıcıdan tutmuş departament rəhbəri vəzifəsinə qədər irəliləyişlərim olmuşdur. Təbii hal kimi bu sektorun güclü və zəif tərəflərini necə deyərlər yerində və bilavasitə proseslərin içərisində yaşayaraq, görərək və hiss edərək təcrübə qazanmışam. Mebel sektorunda uğurlarıma başlıca səbəb isə sıravi satıcı olaraq bu sektorda ilk addımlarımı atmağım olmuşdur. Yəni müştərilərlə bir başa ünsiyyətdə olmağım, onların rastlaşdıqları problemlərin aşkarlanması, həlli və s. kimi hadisələr mənə bu sektoru daha yaxşı qavramağa imkan yaratdı. Əslində bu bloqpostu yazmağımın səbəblərindən biri, bu sektorda brendinqə nə qədər ehtiyac olduğunu və yaxud ümumiyyətlə bu sektorda brendə ehtiyac varmı sualına cavab yazmaqdır. Əslində brendə ciddi mənada ehtiyac vardır. F. Kotler demişkən: “Siz brend deyilsinizsə, siz bir heçsiniz. Siz sadəcə olaraq satılan bir məhsulsunuz”. Əslində F. Kotler bu tənqidi fikiri ilə bizə brendin önəmi haqqında ciddi mesaj ötürür. Bəs ölkəmizdə vəziyyət necədir? Mən tam olaraq yazmıyacam. Ancaq vəziyyət və durum acınacaqlıdır. Mebel sektorundakı yanlış yatırımlardan tutmuş, zövqsüz və çox bayağı mebel dizaynları yerli mebel istehsalçılarımızın  bu sahədəki yatırımlarını çox demirəm, bir az nəzərdən keçirtsək görərik ki, məsələnin ciddiliyinə bir o qədər önəm vermirlər. Bu prosesləri izləyən biri kimi, bizim istehsalçıların davranışları mənə marketinqin formalaşdığı mərhələlər arasından, istehsal erasını xatırladır. İstehsalçılar həmin dönəmlərdə istehlakçılara qarşı çox biganə idilər və onlar deyirdilər ki, nə istehsal etsəm onsuzda alacaqlar. Bəli, onlar haqlı idilər. Ona görə ki, həmin dönəmlərdə bazarlar satıcılara aid idi və satıcı qismində bazarda fəaliyyətdə olan istehsalçılar istehlakçılarla heç bir halda razılaşmır və onların ehtiyac və tələblərini nəzərə alımırdılar. Mən bu haqda çox yazmaq istəməzdim, lakin yerli istehsalçılarımızın əksəriyyəti çox təssüf ki, 20-ci əsrin əvvəlində ilişib qalıblar. Yəni nə istehsal etsəm onu da alacaqlar və s. H. Fordun cümlələrini xatırlayın: “Müştərilərimiz istənilən rəngdə maşın ala bilərlər, ancaq bir şərtlə ki, o qara rəngli olsun”. Bu sözləri mən demirəm aaa. Sadəcə olaraq bir onu deyə bilərəm ki, fəaliyyətdə olan çox az şirkətləri nümunə kimi göstərmək olar ki, onlar tələbata uyğun nəsə etməyə çalışırlar. Ancaq bu fikirlərim iri istehsalçılara aid deyil. Sadəcə olaraq fikirimi çatdırmağa çalışıram ki, ölkəmizdə fəaliyyətdə olan yerli istehsalçı firmalar bu şəkildə fəaliyyət göstərirlər. Onlar özlərini sözdə istehlakçı tələbatını ödəyən tərəf kimi göstərməyə çalışsalar da reallıqda  çox təəssüf ki, bu belə deyil. Nəysə…keçək əsas məsələmizə. Bir çox adam brend olaraq bir başa istehsalçı müəssisənin adını çəkir və yaxud bu cürə fikirləşir. Mən özüm birmənalı olaraq brendinq fəaliyyətini şirkətin adına bağlamağın əleyhinə olan biriyəm və əminəm ki, bu cür fəaliyyət göstərən istehsalçılar cari vəziyyətdə bir tədbir görməsələr, gec ya da tez ciddi problemlərlə üz üzə qalacaqlar və bu problemlər üçün zamanında bir tədbir görülmədiyinə görə qarşısının alınması qəliz olacaqdır. Bəli, elə bu məqamda bizim köməyimizə sırf mebel brendləri çatacaqdır. Şahmat oyununu xatırlayın. Öndə piyadalar, geridə isə əsas fiqurlar mövqeləniblər. Şirkətlərdə də vəziyyət şəxsən mənə görə bu cür olmalıdır. Yəni şirkətlər özləri brendlər yaratmaqla şirkəti piyadalarla təmin etmiş olacaq. Rəqabətli bazarlarda həmin brendlər zədələnsələr də şirkətin adına xələl gəlməz və şirkət növbəti piyadaları yarada bilməsi üçün həm zaman qazanacaq və həm də bazardan çıxmış markasında buraxmış olduğu səhvləri təkrarlamayacaqdır. Qısası rəqabətə dözən brend qurmaq imkanını əldə etmiş olacaqdır. Bloqpostun davamı var…

(120 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here