Üç ən gəlirli biznes sahəsi

0
195

Araşdırmalara görə ən gəlirli biznes sahələri texnologiya sektorunda qurulanlar hesab olunur. Ümumi olaraq texnologiya sektorundakı peşələr yaxşı bir təhsil və təcrübə tələb edir. Play store, appstore kimi elektron mağazalarda yaradılan tətbiqlər və onların vasitəsi ilə pul qazanmaq yeni bir biznes sahəsinə çevrildi. Bu olduqca sürətlə inkişaf edən bir sahədir və  hələ uzun müddət bu cür sürətlə davam edəcəyini proqnozlaşdırmaq elə də çətin məsələ deyil. Artıq demək olar ki, hər bir şirkət öz mobil tətbiqini yaradır və yaratmaqda da davam edirlər. Ümumiyyətlə dövrün tələbi texnologiya olduğu üçün bu sahədə iş qurmaq ən gəlirli biznes növlərindən biri sayılır. Statistikaya əsasən bu sahədən gələn gəlirin illik artım tempi 30%-ə bərabərdir.

Mobil telefon və planşet oyunları

Angry Birds oynamayan insan yoxdur hər halda. Bu oyunları siz yaratsaydınız necə olardı? Təbii ki bu oyunlar sayəsində artıq milyonçu olmuşdunuz. Oyun sektoru 10 il ərzində çox ciddi şəkildə artım göstərib. 2007-ci ildə yalnız iki mobil oyun yaradan şirkət var idisə. Hazırda bu rəqəm yüksək olsa da mobil oyunlara tələbat çox olduğundan ən gəlirli iş sahələrindən biri hesab edilir. Və bu sahədə ən qısa zamanda milyonçu olanlar da az deyil. Onlardan bir neçəsini misal çəkmək olar. Donq Nquen, Flappy Bird oyununun qurucusu. Vyetnamdan olan 29 yaşlı gənc, 2013 cü ilin Mayında cəmi bir neçə günə qurduğu Flappy Bird mobil oyundan bir günə 50.000 $ dollar gəlir əldə edir. Piter Til, PayPal-ın qurucusu. 1,2 mlrd $ varidatı. Bu siyahını çox uzatmaq olar. Sadəcə bu onu göstərir ki, insanlar  mobil tətbiq və oyunlar üzərindən qısa bir zamanda necə zənginləşə bilərlər.

Elektron əşya ticarəti

Ən gəlirli sahələrdən biri də elektron əşya ticarətidir. Bu sahə yüksək sərmayə də tələb etmir. Hazırda ən çox ən çox satılan məhsullar arasında elektron əşyalar ilk yerlərdən birini tutur. Texnologiya inkişaf etdikcə elektron əşyalara tələbat  çoxalacaq. Bu sahədə iş qurmaq üçün real mağaza açmağa da ehtiyac yoxdur. Xaricdən gətirdiyiniz əşyaları internet vasitəsilə (instagram, facebook və s.) rahatlıqla satmaq mümkündür. Günümüzdə də qazananlar az deyil.

Qida sektoru

Dünyanın bir nömrəli investisiya sahəsi olan qida sektoru həm tələbin gedərək artdığı həm də uzun müddət qalıcı ola biləcəyiniz sektorların başında gəlir. Bu gün bu sektorda məlumatı olmayan insanların belə qətiyyətlə sınadığı yemə-içmə və qida sektoru qazanclı iş sahələrindən biridir. Əgər xidmətinizdə keyfiyyətə və müasirliyə əhəmiyyət verirsinizsə, insanların damaq dadlarına uyğun yeməklər təqdim edirsinizsə bu sektorda yatırdığınız investisiyanı qısa müddət ərzində qazana bilərsiniz. Unutmayın ki, insanlıq yaşadığı müddətdə bu sahəyə olan tələb daima aktual olacaqdır.  Faydalı olması ümidi ilə.

Sizin marketinq bələdçiniz…

 

 

(293 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here