Azərbaycan sığorta bazarında nə baş verir? Sığorta şirkətləri niyə bu qədər məsuliyyətsizdirlər? Çıxış yolu varmı?

0
217

Günümüzdə sığorta bazarlarında baş verən narazılıqların ardı – arası kəsilmir ki, kəsilmir. Əsasən də kasko sığorta şirkətlərinin əksəriyyətinin öz müştərilərini aldatmağa çalışmaları və vəziyyətdən öz xeyirlərinə karlı çıxmağa cəhdləri sözün əsl mənasında müştəriləri cana yığıb desəm bəlkə də yalan olmaz. Sığorta şirkətlərinin və xüsusilə də kasko sığorta xidməti çox aşağı səviyyədədir. Bunun da nəticəsi olaraq kasko sığortaçılarının sayı günü gündən azalmaqdadır. Bəs görəsən kasko xidməti göstərən şirkətləri belə bir hal narahat etmirmi? Onları maraqlandırmasa da, məni maraqlandıran suallar çoxdur. Sığortalamısansa, dəyən zərəri qarşılamalısan. Yox, əgər işiniz müstəntiqlik etməkdirsə, onda zəhmət olmazsa profilinizi dəyişin və müstəntiqliklə məşğul olun. Vəziyyət o yerə çatıb ki, YPX sığorta şirkətlərinin təqdim etdiyi sənədləri doldurmaqdan imtina edir. Sığorta şirkətləri isə YPX-nin tələb etdiyi sənədləri təqdim etməkdən. Rus dilində desəm: iki tərəf arasındakı bu anlaşılmazlıqlar bir “multfilmdi”. Əziyyət çəkən isə həmişə olduğu kimi pulunu ödəyib, ortalıqda qalan müştəri. Qısası bu vəziyyət heç kəsi maraqlandırmır. Ancaq bu yaxınlarda avtomobillərin sığorta bazarı mənə görə tam yeni formatlı bir məhsulla tanış oldu. Daha doğrusunu desəm sığorta bazarı üçün fərqli və yeni bir sığorta məhsulu. Əksəriyyətimiz sığorta şirkətlərinin xidmətlərindən yararlanmaq üçün müəyyən məbləğlərdə pul ödəsək də hadisə baş verdiyi zamanı nədənsə əksər hallarda qarşılığını ala bilmirik. Əslində sığorta şirkətləri və onların nümayəndələri üzərlərinə düşən öhdəlikləri və məsuliyyətlərini yaxşı başa düşürlər və işlərini də gözəl bilirlər. Lakin müştəriyə qarşı göstərilən diqqətsizlik və xidmətdən kənar xidmət sığorta şirkətlərinə olan inam və güvəni demək olar ki, ciddi mənada zədələyir. Nəticədə isə hər iki tərəf zərər çəkir. Əslində sığortaçıların müştərilərinin başına gətirdikləri işlər heç səbəbsiz də deyil. Səbəbləri kimlərə görəsə fərqli ola bilər. Ancaq mənə görə sığorta şirkətlərində və onların sığorta agentlərində çatışmayan başlıca bir neçə cəhətlər vardır. Ən başlıca səbəb müştəriyə qarşı ədalətsizlikləridir. Heç uzağa getmirəm. Ötən il başıma bir hadisə gəldi və mən maşınımı sığortalayan şirkətə müraciət etdim. Sığorta agenti gəldi hadisə yernin fotosessiyasını apardı, məni müstəntiq sorğusunua çəkdi və s. Əslində bunların qarın ağrılarını bilirəm. Maksimum dərəcədə müştəriyə dəyən zərərdən karlı çıxmaq lazımdır. Yəni, dəyən zərəri olduğu kimi yox, olduğundan az dəyərləndirərək ödəniləcək puldan az ödənilməsinə çalışmaq. Belə olan halda isə onların köməyinə müttəfiq ustalar yetirlər. Nəysə, məni bir neçə gündən sonra göndərdilər usta yanına ki, bəs usta maşına dəyən zərəri qiymətləndirəcək və biz də lazım olan köməkliyi edəciyik. Getdim ustanın yanına. Usta da sağ olsun, gəldi pərvanə kimi maşının başına bir dövr elədi vəssalam. Dedi ki, gedə bilərsiniz. Sual: Ay usta hara gedim? Gözünü yeyim sən indi demək istəyirsən ki, maşına dəyən ziyanı dəyərləndirdin? Usta. Bəli, mən artıq bilirəm sizin maşına nə lazımdır və mənim də sizin suallarınıza cavab verməyə ixtiyarım yoxdur. Nə sualınız varsa, hamısına sığorta şirkəti özü cavab verəcək. Onu da qeyd edim ki, sığorta şirkətlərinin əksəriyyəti rəsmi servislərlə işləmirlər. Təsəvvür etmək elə də çətin deyil ki, bu bir oyundur. Müştəri haqq etdiyi cavabı mütəxəsisdən deyil, işlə əlaqəsi olmayan birindən almağa məcbur edilir. Sənədləşmələrdən isə heç danışmıram. YPX və sığorta şirkətləri rəsmən adamın cinləri ilə oynayırlar. Əslində hadisəni qısa olaraq təsvir etdim ki, sığorta şirkətlərindən əziyyət çəkənlərdən və narazı qalanlardanam. Şəxsən mənə görə özüm də daxil olmaq şərti ilə bir çox sürücülər sığorta bazarında baş verən müştəri məmnuniyyətsizliyinin qarşısını alacaq yeni bir sığorta məhsulu və ya sığorta şirkətinin yolunu gözlədiyimiz anda və budur 15.11.2017 – ci il tarixində KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi. Həqiqətən də Azərbaycan sığorta bazarında inqilab sayıla biləcək yeni bir sığorta məhsulunun təqdimatı baş tutdu. Yanaşmaları və kosneptləri həm diqqət çəkən və həm də çox maraqlıdır. ”Öz ölçünü seç!” şüarı ilə fəaliyyətə başlayan KASKO BUTİK də sığorta məhsulları geyim etiketlərində olduğu kimi S, M, L və XL adlandırılıb. Ümid edirəm ki, KASKO BUTİK məhsulları, özünün də vəd verdiyi kimi sığortalıları bütün mümkün risklərdən, o cümlədən avtonəqliyyat hadisələrindən, yanğın və partlayışlardan, oğurluq və qaçırma hallarından, heyvanların vurduğu zərərlərdən, hər cür təbii fəlakət və təbiət hadisələrindən qoruyacaq. Ən maraqlı məqamlardan biri də avtomobil sahibləri təmir məntəqəsini öz arzuları ilə seçəcək, hətta rəsmi servis mərkəzlərində də qiymətləndirmə apara biləcəklər. Digər inqilabi yenilik isə ondan ibarətdir ki, zərərin dərhal yerində müəyyən olunması mümkün olan hallarda və zərər məbləği 1000 manatı keçmədiyində DYP dən təsdiqedici sənəd (Forma 4) istəmədən KASKO BUTİK sığorta ödənişlərini 59 dəqiqə ərzində ödəməyi vəd edir. KASKO BUTİKİN xidmətlərini dərindən analiz etdikcə daha maraqlı gəlir. Link burada KASKO BUTİK Eyni zamanda diqqətimi başqa bir məqam da çəkdi. Belə ki, müştərilərin vaxtına qənaət etmək üçün ilk dəfə olaraq məsafədən avtomobilə baxış keçirilməsini təmin edən texnologiya da hazırlanıb. Yəni müştəri olduğu yerdən xüsusi proqram vasitəsilə avtomobilin vəziyyətini KASKO BUTİK ə göstərə biləcək. Məqaləni yazmaq da məqsədim kimisə tərifləmək deyil. Sadəcə düşünürəm ki, sığorta şirkətləri ilə yaranmış problemləri nəhayət ki, həll edə biləcək yeni sığorta məhsulu ortaya çıxdı. Bu ağır və əziyyətli yolda layihəni ortaya çıxardan hər kəsə uğur diləyirəm və ümid edirəm ki, onlar doğrudan da öz işlərinin öhdəsindən layiqincə gələcəklər və müştəri məmnuniyyətsizliyinin qarşısını ala biləcəklər. Faydalı olması ümidi ilə…

Sizin marketinq bələdçiniz….

 

(85 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here