Ətirlər biznesin ikinci simasıdır…

0
59

   İstehlakçıların şüurlarında brendlərə yer ayırmaq əziyyətli prosesdir desəm yalan olmaz. Bir çox marketoloqlar qurmuş olduqları brendlərin rəqiblərdən fərqlənməsi və rəqib brendlər üzərində üstünlük əldə edə bilmələri və individuallıqları üçün marketinqdə yeni strategiyalardan olan “aromabrendinq” dən istifadə edirlər. Çünki brendlər istehlakçılar üçün xarakterik olan aromatlar vasitəsi ilə kommunikasiya qurur və onlarla daha rahat təmasa keçə bilirlər. Mütəxəsislərə görə məhz aromabrendinq vasitəsi ilə istehlakçıların yaddaşında uzun müddət qalmaq mümkündür.

   Araşdırmaların nəticəsinə görə bir insan 10 000 dən çox müxtəlif qoxulu ətiri xatırlayır və onları bir birindən ayıra bilir və 10 000 ətirin təxminən 65%-ni tam olaraq yadında saxlaya bilir. Hətta 1 il keçdikdən sonra belə xatırlaya bilir. Paderborn Universitetindən (Almaniya) olan bir qrup alim ətirlərin insanlara təsirləri haqqında müştərilər arasında araşdrıma apararaq ortaya maraqlı faktları çıxarda bilmişlər. Belə ki, assortimentləri “aromatlaşdırılmış” mağaza müştərilərin 47%-nə daha cəlbedici gəlmişdir. Müştərilərin mağazada qalma vaxtı normadan 14% artıq olmuşdur. Satışlar isə 6% artmışdır. 

Aromabrendinqdə məqsəd nədir?

   Aromabrendinqdə məqsəd müştəri ilə brend arasında emosional əlaqələrin qurulması, brendlərin rəqiblər arasında daha asan və daha rahat şəkildə tanınmasını təmin etməkdir. Ona görə ki, Aromatlar insan yaddaşında şəkil və səsdən 40 dəfə artıq yadda qalır. Elə buna görə də brendlər üçün unikal ətirlərin yaranması həm brendinq və həm də satışlar üçün olduqca vacibdir.

Rəqiblərdən fərqlənmək və seçilmək üçün mütəxəsislər 5 nüansa diqqət etməyi təklif edirlər.

1. Aromabrendinq – İstehlakçılara təsir etmək üçün unikal alətlərdən biridir. Elm adamlarının qənaətinə görə ətir insan yaddaşında şəkil və səsdən daha çox qalır. Yetər ki, insan bir ətiri duysun və hiss etsin. Bu qoxu elə həmin an onun yaddaşına köçür. Elə buna görə də mütəxəsislər brend menecerlərə öz brendlərini ətirləndirməyi və brend üçün seçilmiş unikal ətiri öz istehlakçılarının yaddaşına salmağı tövsiyə edirlər.

2. Xoş ətir insan beyni ilə bir başa bağlı olmasını unutmamaq. Elə buna görə də aromatlarla əhatə olunmuş brend istehlakçı davranışına bir başa təsir etməsinə diqqət etmək.

3. İstehlakçıların aromatları məntiqlə deyil, emosiya ilə qəbul etdiklərini unutmamaq.

4. Xoş aromatlar brendə bir individuallıq, rəngarənglik və obraz verir. Odur ki, bu fürsətdən yararlanmaq.

5. Aromabrendinq strategiyası brendə rəqiblərindən fərqlənmək üçün fərqli imic, fərqli üslub verir ki, bu da müştərilərin brendə olan loyallığını artıraraq, satışları stimullaşdırmaq.

   Mütəxəsislər deyirlər ki, müştəri harada olmasından asılı olmayaraq, məhz aromatlar vasitəsi ilə sizin brendi və xidmətlərinizi xatırlaya bilirlər. Odur ki, unikal brend üçün unikal ətir seçin və tətbiq edin.

   Belə ki, aromabrendinq strategiyası vasitəsi ilə gəlirləri 45% artırmaq mümkündür. Aromabrendinq strategiyasından Cacharel, Samsung, Terrasport, BP, KraftFood, Hilton və Walmart kimi dünya brendləri ciddi şəkildə istifadə edirlər. Samsung şirkətinin araşdırmalarına görə aroma brendinq vasitəsi ilə satışlarını 26% artırmışdır. Walmart marketlər şəbəkəsi isə aromabrendinq vasitəsi ilə satışlarını 22% artıra bildiyini bildirmişdir. Hilton hotel isə aromabrendinq vasitəsi ilə gələn qonaqların ziyarət sayını 23%-ə qədər artıra bilmişdir. Sözsüz ki, “aromabrendinq” strategiyası müştərilərə təsir baxımından olduqca güclü marketinq alətidir. Ancaq çox həssas bir nüansa diqqət etməkdə fayda var. Aroma brendinq bir halda effekt verə bilir. O da brend adı altında təmsil olunan məhsulların keyifyyəti, məhsulu satan satıcıların peşəkarlığı, acı dilli olması, xidmət göstərən personalın xidmət səviyyəsi və s. bu kimi ciddi məsələlər qaydasında olmadığı müddətdə heç bir “aroma brendinq” strategiyası işə yaraya bilməz. Hətta mən bu yaxınlarda facebook sosial şəbəkəsində belə bir status paylaşmışdım ki, restoranda hava təravətləndiricidən istifadə edirlər. Sözdə mətbəxdən gələn yemək qoxularının qarşısını almaq istəyirlər. Bu addım restoran işlədənlər tərəfindən atılan ciddi səhvdir. Restorandan yemək qoxusu, kabab qoxusu gələr də. Yemək qoxusu müştərini daha artıq sifariş verməyə vadar edir. Bu cür səhv addım atan hələ bir çox ticarət nöqtələrimiz vardır. Avtosalonundan tutmuş, şirniyyat evlərinə qədər. Məhz elə buna görə də mütəxəsislər biz sıravi marketinq mütəxəsislərinə aromabrendinq məsələsində diqqətli olmağı və hər nüansı nəzərə almağı tövsiyə edirlər. Bəs sizin brendinizin qoxusu nədir?

Sizin marketinq bələdçiniz…

(107 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here