Böyümə strategiyası-marketinq plan nəyə görə bu qədər önəmlidir?

0
732

Bu yazımda diqqəti daha çox marketinq plana çəkmək istəyirəm. Əksəriyyətimiz bilirik ki, bazarda situasiya tez – tez dəyişir. Xüsusilə də smm marketinq biznes dünyasına daxil olandan bəri dəyişikliklər sürətini daha da artırmışdır. Bu proses bir daha sübut edir ki, informasiyaya əvvəlcədən sahib olan bazarda daha çevik addımlar ata bilər. Çünki bazara sahib olmaq, rəqiblərdən pay almaq, daha çox satışlar etmək istənilən şirkətin istəyidir. Bu istək bəziləri tərəfindən məqsədyönlü həyata keçirilir, bəzi şirkətlər üçünsə arzu və istək olaraq qalır. Təkrar yazıram, bazarda situasiyalar tez – tez dəyişir və bu dəyişikliklərə şirkət hər hansı bir şəkildə reaksiya verməli, yaxud da satışlarındakı düşüşlərlə barışmalı və bazara təklif etdiyi brendin sonunu hamılıqla izləməlidir.

Situasiya dəyişikliyi zamanı şirktlərdə nə baş verir?

Əksər şirkətlər bu dəyişikliklərə gec reaksiya verdiklərinə görə işıq sürəti ilə davranmağa məcbur qalırlar və tez bazar öz strategiyalarına cüzi dəyişiklikər edərək taktiki addımlar atırlar. Atılan addımlar isə bir çox hallarda əksəriyyətimizin də şahidi olduğumuz endirimli və hədiyyəli kampaniyalarla marketlərdə nəzərlərə çarpırlar. Şəxsən mənə görə bu yanlış addımdır. Kampaniyaları nəzərdə tutmuram. Burada daha çox sürətli davranma və çıxış yolu kimi bu cür kampaniyaların doğru qərar olduğuna verilən yanlış qərarları nəzərdə tuturam. Hesab edirəm ki, strategiyada aparılan çevik dəyişikliklərin şirkətə verəcəyi fayda qısa müddətli olur. Mənə görə şirkətin bazarda böyüməsi üçün bu taktiki gedişi çıxış yolu hesab etmək düzgün fikir və yanaşma deyil. Əgər şirkəti bazarda liderlər arasına salmaq istəyiriksə, onda həmkarlarım (marketoloqlar) illik marketinq planlarına mütləq diqqət yetirməlidirlər. Başa düşmək lazımdır ki, əgər marketinq strategiyamız bazardakı dəyişikliklərlə, dəyişən istehlakçı davranışları və rəqiblərin hücum və müdafiələri ilə uzlaşmasa şirkəti bazarda hədəflədiyimiz pilləyə çatdıra bilmərik. Belə bir vəziyyətə düşməmək üçün məhsulun bazar payını, rəqibə nisbətdə bazardakı mövqeyini analiz etməkdə fayda var. Marketinq planlar formalarına görə müxtəlif olurlar. Ancaq kimə necə rahatdırsa o cürə də yaza bilər. Ancaq burada incə bir məqama diqqət çəkmək istəyirəm. Marketinq planın yazılmasında diqqətə alınmalı olanlara fikir verməkdə və yadda saxlamaqda fayda var. Planda STP (segmentation, targeting, positioning) –Seqmentləşmə, hədəf kütlənin müəyyən olunması, mövqelənmə və ən əsası marketinq planın nüvəsini “QS”-ni müəyyən edin. Qiymətliperspektivli seqment.

Marketinq strategiyasını qidalandıran 5 maddə:

  1. Müştərilərinizə istədiklərini təklif edin. Özünüzdən velosiped kəşf etməyə çalışmayın. Sadəcə hədəf kütlə nə istəyirsə onu da verin. İstehlakçıların əvəzinə qərar verməyin.
  2. Rəqabətli mühitdə fərqli olun (baxmayaraq ki, bunun mənasız olduğunu iddia edən fenomenlərimiz var. Ancaq əmin olun ki, istehlakçılar müqayisə etməyi sevirlər və fərqli olanı da seçirlər.)
  3. Marketinq mesajlarınızı hiss edilə biləcək formada göndərin. İstehlakçılar bu mesajı görməli və hiss etməlidirlər.
  4. Məhsullarınız elə bir şəkildə yayılmalıdır ki, hədəf kütləniz üçün əl çatan (qiymət) olmaldır.
  5. Hədəf kütlə üçün məhsul asan tapılan və rahat isifadə olunan olmalıdır. Onlara bu baxımdan yardımçı olun.

Uğur qazanmağı və böyüməyi hər birimiz arzulayırıq. Elə isə işlədiyiniz şirkətdə çalışın uğur sizin adınızla bağlı olsun. Marketinq plan yazan zaman bəndlərinizin sayı məhsulunuzun xüsusiyyətlərinə, xarakterinə və hədəf kütlənizin davranışlarına görə çox da ola bilər, ancaq çalışın ki, qeyd olunan 5 bənd marketinq planınızda öz yerini alsın. Gördüyünüz kimi bazarda uğur qazanmaq hazırladığımız marketinq plandan çox asılıdır. Marketinq plansız şirkət hər şeylə təchiz olunmuş təkərsiz maşın kimidir. Təkərsiz isə maşının hərəkət etməsi və istənilən nöqtəyə çatması isə qəliz məsələdir. Eləcədə sizin şirkətiniz. Ola bilsin ki, sizin şirkətiniz hər şeylə təchiz olunub, marketinq planınız yoxdursa siz uğura doğru hərəkət edə bilməyəcəksiniz. Elə isə bu uğuru şirkətinizə, məhsulunuza çox görməyin.

Faydalı olması niyyəti ilə…

 

 

 

(94 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here