Satışın qara qutusu. III yazım.

0
229

Zamanla gənclərlə, satıcı olmaq istəyənlərlə, hətta satış təcrübəsi olanlarla ara sıra baş tutan görüşlərdə mənə verilən suallardan biri belədir: Satıcı necə biridir? Satıcı necə biri olmalıdır? Satıcı təcrübəli olsa bəs etməzmi? Bildiyimiz satıcılıq bu qədərmi önəmlidir və s. buna bənzər suallar verirlər.

İlk öncə onu demək istərdim ki satıcı hər şeydən əvvəl bir insandır və onun da özünə xas olan mənfi və müsbət xüsusiyyətləri vardır ki, o şəxslər məhz öz xarakterlərinin təsiridən ya yaxşı satıcı, ya zəif və yaxud da çox uğursuz satıcı kimi formalaşırlar. Əgər siz ideal satıcı olmaq istəyirsinizsə onda ilk əvvəl özünüzü kəşf etməyə çalışın. Baxın görün sizdə satıcı tipi, satıcı xasiyyəti, xarakteri və ən əsası iradəniz varmı və bu sizin üçün yetərlidirmi? İradə bu sahədə peşəkarlaşmaq üçün çox önəmli rola malikdir. Gerisini özünüz düşünün. Mən isə keçim bloqpostuma. Bu dəfəki yazımda da “Satışın qara qutusu”ndakı fəsillər haqqında məlumat verəcəm.

II fəsil. Müştərilər.

  • İki fərqli müştəri tipi:
  • Mülayim müştəri;
  • Qaynar müştəri.
  • İstehlakçı qrupları.
  • Adeptlər.
  • Proqresistlər.
  • Skeptiklər.
  • Satış həcminə görə müştəri təsnifatı.
  • Qızıl müştərilər.
  • Gümüş müştərilər.
  • Bürünc müştərilər.
  • Müştəri növləri.
  • VİP müştəri.
  • Mono müştəri.
  • Sıravi müştəri.
  • Perspektivli müştəri.
  • Potensial müştəri.
  • Gəlirli və ya həlledici müştəri.
  • Hansı müştərilərlə işləmək daha sərfəlidir?
  • Gəlirli müştərini necə müəyyən etmək olar?
  • Potensial müştərilər kimlərdir?
  • Müştərinin araşdırılması.
  • Müştəri tipologiyası – bağlı seyfin açarını necə tapmalı?
  • Davranışlarına görə 6 müştəri tipi.
  • Çox danışan müştəri.
  • İmpulsiv müştəri.
  • Səssiz müştəri.
  • Bezdirici müştəri.
  • Sadəlövh müştəri.
  • Endirim ovçusu müştəri.
  • Görürəm, eşidirəm, hiss edirəm, düşünürəm deyən müştəri tipləri.
  • Audial tip.
  • Vizual tip.
  • Kinestetik müştəri tipi.
  • Dijital müştəri tipi.

Üçüncü yazımı da faydalı olması ümidi ilə burada bitirirəm. Hörmətli dostlar, yoldaşlar! Yekunda bir fikir bildirmək istəyirəm. Çalışın bu fikirləri qulağınıza sırqa edəsiniz. Satış ancaq təcrübə ilə qazanılır, satış başdan ayağa təcrübədən ibarətdir, təcrübə olmayandan sonra satış etmək mümkünsüzdür kimi cəfəng fikirləri hər kim yanınızda desə, sizə söyləsə qəti şəkildə inanmayın. Bu cür insanlar adətən ağız dolusu danışırlar və bunları mat etməyin ən asan yolu yuxarıda sadalanan bəndlərdən bəziləri haqqında sual verməyiniz kifayət edəcəkdir buna əmin ola bilərsiniz. Çünki heç biri sizin suallarınıza cavab verə bilməz. Ən yaxşı halda deyəcəklər ki sən bilirsən bizim elə çətin müştərilər nə qədər qəlizdirlər, nə qədər çətindirlər və s. Yenə də inanmayın. Peşəkar satıcı istənilən müştərinin öhdəsindən gələ biləcək gücə, zəkaya sahibdir. Odur ki özünüzə güvənin.

P.S. “Satışın qara qutusu” aşağıdakı kitab evlərində artıq satışdadır.

– Baku Book Center.

– Student kitab evi.

– Kitabevim.az

– Ofsayt.                                                                                Kitabın qiyməti: 17 manat.

(50 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here