Bloqum haqqında

12294628_1490105307961415_2302344936358824185_nBloqumun hörmətli izləyicisi!

Bloqun açılmasında və məqalələrin yazılmasında məqsəd bir mənalı olaraq öz karyerasını və fəaliyyətini sırf marketinqə bağlayan, bu yolda bəlli təcrübəsi olan tanıdığım və tanımadığım həmkarlarıma, eləcə də sadəcə olaraq kənardan bu fəaliyyət sahəsi ilə maraqlananlara dəyərli informasiyalar, təcrübədə yaşananlar və digər faydalı məlumatları çatdırmaq, az da olsa işlərinə faydalı olmaqdır.

Bloqumda paylaşılan yazılar həm nəzəri, həm də praktiki biliklər olacaqdır. Ola bilsin sual yarana bilər ki, bloqda nə nəzəriyyə? Mənə görə çox maraqlı və yerində olan sualdır, əgər həqiqətən də sizdə belə sual yarandısa cavab verirəm. Diqqətinizə çatdırım ki, nəzərdə tutduğum nəzəri biliklər üç qaynaqdan konspetləşdirilərək sizlərə təqdim ediləcəkdir. Qaynaqlar – İngilis ədəbiyyatı, Rus ədəbiyyatı və nəhayət öz yazarlarımız. Maraqlı tərəfi o, olacaq ki, diqqətinizə çatdrılan nəzəri məlumat sizlərin işlərini əhatə edəcək tərəflər olacaqdır.

Ümumiyyətlə mən, sırf olaraq nə praktikanın, nə də ki, nəzəriyyənin tərəfdarıyam. Hər zaman çalışıram ki, ikisinin arasında olan xətt üzrə hərəkət edim. İnanın ki, belə olduğu halda işlərin keyfiyyətli olması artıq zəmanətli olur. Bəzən olur ki, həm nəzəriyyəni və eyni zamanda da praktikanı tənqid edirlər. Hər halda mənim mövqeyim bu məsələlərdə sizə maraqlı gələr.

Mənə görə praktika özünə daima müəyyən çərçivələr cızır, çünki o, buna məcburdur və nə zamansa bitir. Necə? “Baxın, tutalım ki, siz boya istehsalı ilə məşğul olan bir müəssisədə 3 ildir ki, marketinq meneceri vəzifəsində işləyirsiniz. Elə bu məqamda işlədiyiniz vəzifədən yuxarı vəzifə, daha yüksək əmək haqqı təklif edilir. İş təklifi isə sizə təcrübəniz olan boya sahəsindən yox, şokolad istehsalı ilə məşğul olan müəssisədəndir.
Necədi? Sizcə boya zavodunda qazandığınız təcrübə ilə rahatlıqla işə başlaya bilərsiniz? Əmin olun ki, mümkün deyil. Az da olsa haqlı olduğumu hiss edirəm.
Hə, dostum! Gördün ki, 3 illik təcrübə bitdi. Sən şokolad fabrikində yeni və tamamilə fərqli sahə ilə əlaqəli olan istehsal müəssisəsində fəaliyyətə başlayırsan. Yeni iş təcrübəsini qazanmaqda sənə uğurlar arzulayıram”.

İndi isə keçək nəzəri bölümümüzə. Nəzəriyyə ilə praktika mənə görə bir-birini tamamlayan iki güclü silahdır. Nəzəriyyə olmazsa biz təcrübəni qazanmaqda və işə adaptasiya olmaqda çətinliklərlə üzləşə bilərik, zəif nəzəri bilik zamanla verilən qərarların yanlışlığında özünü biruzə verir. Eyni zamanda da işlə bağlı bir hal praktikada yaşanmazsa, nəzəri biliklər nə əmələ gələr, nə də ki, peşəkarlar kitablar yaza bilərlər.

Ona görə mən sizə tövsiyə edirəm ki, praktikada yaşadıqlarınızı hər hansı bir nəzəri biliyinizlə dəyərləndirin. Mütləq nəticəsini özünüz görəcəksiniz. Əslində son fikirimi nəzəriyyədən sitat gətirdim. Bilməmiş olmazsınız, Brendinqin son mərhələsində belə bir bənd var.

Brendin monitorinqi və effektivliyinin qiymətləndirilməsi”

  1. Brendin cari vəziyyətini, strategiyada nəzərdə tutulmuş şəkili ilə dəyərləndirmək;
  2. Brendin bazardakı mövqeyinin möhkəmlənməsinə yönəlik strateji və taktiki addımların korreksiya olunması;

Baxın bu bölmələr brendinq üçün hazırladığım təlimin təqdimatından götürülüb. Bəli, mən burda həm praktikada yaşanan və həm də nəzəriyyədən olan bəzi bölümlərdən istifadə edərək sizlərin diqqəinə çatdırıram.

Məndən sizə bir məsləhət, daima kitabları mütaliə edin. Nə tam olaraq praktikaya meyilli olun, nə də ki, tam olaraq nəzəriyyə ilə yüklənin.

Son olaraq, atalarımızın bu məsələ ilə bağlı gözəl bir misalı yadıma düşdü. “Çox qabaqda gedərsən burnunu əzərlər, çox dalda da qalarsan topuğunu əzərlər”. Məncə də belədir. Ən sağlam yol orta yoldur. Nə burnunuz əziləcək, nə də ki, topuğunuz.

Bloqumun açılmasındakı məqsədi oxuyan hər kəsə işlərində müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

Famil F.Alməmmədov

(317 dəfə baxılıb)