Haqqımda

famil_photoMən, Alməmmədov Famil Fərman oğlu, 1981-ci ildə Gürcüstanın Bolnisi şəhərində doğulmuşam, ancaq əslən qərbi azərbaycanlıyam. 

1999 -2003 cü illərdə Filologiyanın Tədrisi və Psixologiyası üzrə bakalavr,
2007 – 2009-cu illərdə Biznes İşinin Təşkili və İdarə edilməsi üzrə magistr təhsili,
2010 – cu ildə Azərbaycan Marketinq Cəmiyyətinin təşkilatçılığı ilə Niderland Marketinq İnstitutu (Netherlands Institute of Marketing (NIMA)) tərəfindən marketinq üzrə keçirilən ixtisasartırma kursunun məzunuyam.

A” kateqoriyalı marketinq mütəxəsisiyəm. Fəaliyyətimin son 11 ili sırf marketinq sahəsi ilə bağlıdır. İstehsal və ticari marketinq sahələrində 8 il, idxal mebeli sektorunda isə 3 il peşəkar təcrübəm var.

Ölkəmizin qida sektorunda çörək, qənnadı və un məmulatlarının istehsalı və satışları üzrə bir neçə distribusiya və istehsalçı şirkətlərində Marketinq menecer, Layihə meneceri, Brend menecer, Marketinq şöbə müdiri, Satış və Marketinq Departamentlərinin Direktoru vəzifələrində çalışmışam.

Qafqaz Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Turizm və Menecment Universitetində tələbələr üçün praktiki marketinq və praktiki brendinq üzrə  seminarlarım olmuşdur.

Mənimlə əlaqə:

E-poçt: almammadof@gmail.com

GSM: (+994) 50 321 22 27

www.fb.com/famil.almammedov

(914 dəfə baxılıb)