Layihələr

12294628_1490105307961415_2302344936358824185_nİcraçısı və rəhbəri olduğum layihələr:

Tərəfimdən işlənilən markalar: “AzUn” şirniyyatları -müxtəlif növ tortlar, biskvit məhsulları, müxtəlif növ qənnadı məhsulları (Bəhrə Biskvit Fabriki)

“KreKi” kreker çubuqları, məhsullar 4 çeşiddən ibarətdir. Bunlar Acılı, Ədviyyatlı, Pendirli və Duzlu. Bunlardan 4 çeşid 45 q, 3 çeşidi isə 130 q olaraq satışlara buraxılır.

“Сладёна” çətir markası altında şəkərli peçenyelər – “Королева”,”Москва”, “Киев”, “Ромашка”, “Россия”, “Юбилейное”, “Наш Молочник”, “К чаю” kimi markalar;

“Сладок” markası adı ilə 5 qatlı (eti tipli) vafli məhsulları. Bu növ vafli məhsulları keyfiyyət göstəricilərinə görə Azərbaycanda ilk dəfə olaraq məhz Avrora firması tərəfindən bazara təklif olunmuşdur.

“BOROWSKI`s” çətir markası adı ilə satışa çıxarılan biskvitli şirniyyat məhsulları. Alt marka adları – Amor, Ziq- Zaq, Kvadrat Cemli, Viktoriya, Alman Pryaniki, Molli, Kokoslu, Cemli qat-qat, Vanilli Suşki. Son dizayn başqa həmkarlarım tərəfindən işlənilmişdir, “BOROWSKI`s” çətir markasının bazarda qalması və sexin fəaliyyəti ilə bağlı tərəfimdən təkliflər hazırlanaraq rəhbərliyə təqdim edilmiş və rəhbərliyin dəstəyi ilə “BOROWSKI`s” ticarət markası adı ilə olan biskvit məhsulları istehsal olunduğu sexdən, daha böyük və daha müasir avadanlıqlarla təchiz edilmiş məkana köçürülərək fəaliyyətini son qida istehsalı standartlarına uyğun şəkildə davam etdirir. Bütün məhsullar Avrora firmasının Hökməli qəsəbəsindəki Un məmulatları istehsalı kompleksində, İtaliyadan gətirilmiş müasir və tam  avtomatlaşdırılmış istehsal avadanlıqlarında, gigiyenik şəraitdə istehsal olunaraq istehlakçılara təqdim edilir. Dadmağınız məsləhətdir!

“Lady Sharm”qadın geyimləri mağazalar şəbəkəsi üçün loqotipin rebrendinqi, Brend fəlsəfəsinin yenidən işlənilməsi.

(483 dəfə baxılıb)